Virus hökumətləri “parçalayıb”:Azərbaycanda qərar nə olacaq?


Virus hökumətləri “parçalayıb”:Azərbaycanda qərar nə olacaq?

Dünyada “Omikron”un sürətlə yayılması fondunda ölkələrin davranışları bir-birindən fərqlənir.
Karantin müddətinin 14 gündən 7 günə endirildiyi bir vaxtda bəzi ölkələrdə yoluxma sayının gözləniləndən artıq olması artıq təşviş yaradır.
Cebhe.info xəbər verir ki, Britaniya parlamentində yeni parçalanma yaranır. Baş nazir Boris Conson uzaqdan işləməyi kəskin tənqid edib. O hesab edir ki, işçilərin ofisə qayıtmasının vaxtı çatıb. Ancaq hamı onunla razılaşmır. Məmurlar əmindirlər ki, uzaqdan iş yeni mədəniyyətin bir hissəsinə çevrilə bilər və əksər dövlət qulluqçuları evdən işləməyə davam edəcəklər. Ölkədə isə “Omikron” ştammına yoluxma riski hələ də yüksəkdir.
Almaniyada məhdudiyyətlərdən yorulan bir neçə şəhərin sakinləri etiraz aksiyası keçirib. Buna cavab olaraq təhlükəsizlik qüvvələri nümayişçilərlə kütləvi davaya başlayıb və həbslər olub. Ölkədə indi yoluxmada kəskin artım müşahidə olunur. Yeni yoluxmaların sayı gündə 130 min nəfəri ötür. Səlahiyyətlilər artıq ölkənin kritik nöqtənin astanasında olduğunu bildirirlər. Vəziyyət yaxşılaşmasa, xəstəxanaya yerləşdirilmələrin artmasının qarşısını almaq üçün əlavə məhdudiyyətlər gündəmə gələcək.
Fransada acınacaqlı statistikavar. Bir gündə təxminən 400 min insan yoluxub. 167 nəfər ölüb.
“Omikron” ştammının yayılması ilə əlaqədar Çin ABŞ ilə hava nəqliyyatını məhdudlaşdırıb. 44 reys ləğv edilsə də, terminallar yenidən ən azı yeni reyslər haqqında məlumat gözləyən sərnişinlərlə dolub-daşır. Con Hopkins Universitetinin məlumatına görə, pandemiya başlayandan bəri ölkədə 70 milyondan çox insan yoluxub.
Honq-Konqda “Omikron”un yayılması bir neçə böyük yaşayış kompleksinin əhalisinin təcrid olunmasına səbəb olub. Ərazidə indiyə qədər təsdiqlənmiş 105 yoluxma var, lakin bütün sakinlər yoxlanılana qədər bu məhəllədə yaşayan 35000 nəfərin hamısı təcrid olunacaq.
Yeni dalğa Avstraliya və Yeni Zelandiyanı da bürüyüb. “Omikron”un yayılması səbəbindən ada dövlətinin baş naziri öz toyunu təxirə salıb. Yeni, daha sərt COVID məhdudiyyətləri elan edilib. İndi 100 nəfərdən çox qruplarda toplaşmaq qadağandır. Supermarket və ya kafeyə gedərkən maska, əlcək və məcburi peyvənd sertifikatı tələb olunur.
Azərbaycanda da son günlər yoluxma 1600-dək yüksəlib. Hələlik hansısa məhdudiyytlərin yenidən tətbiqi gündəmdə deyil. Üstəlik, 24 yanvardan etibarən karantin müddəti 14 gündən 7 günə endirilib.
Tarix: 23-01-2022, 21:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}