Dərman bazarında xaos!- Nələr edilməlidir? – İZAH


Dərman bazarında vəziyyətin stabilləşdirilməsi  mövzusu aktuallığını qoruyub saxlayır. Əczaçılıq bazarında qiymətlərin  vahid olmaması, həddən artıq baha bazarlanması  vətəndaşları narahat edir. Pandemiya başlayandan bəri dərman bazarında əməlli-başlı xaos yaranıb. Hətta bəzən bəzi preperatları tapmaq müşkül məsələyə çevrilib. 
Bu istiqamətdə Azərbaycanda yerli dərman bazarının tənzimlənməsinə dair təkliflər hazırlanıb. 

Səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə məsələ haqda məlumat verib. Onun sözlərinə görə, göstərilən səhiyyə xidmətlərinin əsas keyfiyyət indikatorlarından biri uyğun qiymətə effektiv dərman vasitələrinin mövcudluğudur: “Farmaseptik məhsulların yerli istehsalı dərman vasitələrinə əlçatanlığı artırmaqla yanaşı, elmi, texnoloji bacarıqları formalaşdırır və səhiyyə sistemini xarici təsirlərə qarşı daha davamlı edir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılan “Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya”sının qarşısına dərman vasitələri sahəsində siyasətin və idarəetmə mexanizmlərinin, o cümlədən qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, əczaçılıq məhsullarının yerli istehsalının artırılması və digər tapşırıqlar qoyulub. Yaxın vaxtlarda Komissiyanın fəaliyyətinin yekunlarına əsasən yerli dərman bazarının tənzimlənməsinə dair təkliflər təqdim olunacaq”.

Nazir əczaçılıq sektorunun inkişafı, Azərbaycanın dərman preparatları ilə özünü təmin edə bilməsi ölkə rəhbərliyinin diqqət və nəzarətində olduğunu vurğulayıb.

Mövzu ilə bağlı "Sherg.az"a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, dərman preparatlarının yerli istehsalının olması real deyil:

"Bu məsələ üçün ən azı ilk növbədə dərman maddələrini hazır vəziyyətə gətirib qablaşdırılmasından başlamaq lazımdır. Dərman preparatlarının keyfiyyəti önəm kəsb edir. Bu parametrlər isə dərmanın tərkibində olan əsas maddənin, əlavələrin yüksək keyfiyyətli, təhlükəsiz olmasıdır. Dərmanın əsas maddəsi təsiredicidir.  Maddə qatışıqlardan rafinasiya (oxu.təmizləmə prosesi ) edilməlidir.  Dərman əlavəsi isə dərmana rəng forma verən, onun kapsul kimi qoruyan əlavələrdir.  Yüksək keyfiyyətlərə cavab verməsi üçün komponentlərin düzgünlüyü əhəmiyyətlidir" .

Tarix: 10-02-2022, 20:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}