Gələcəyimizi zəhərləyən uşaq qidaları – MONOPOLİYA KİMİNDİR?


 

Azərbaycanda ana südü ilə qidalandırma təxminən 44-45 faiz həcmindədir. Bu isə o deməkdir ki, uşaqlarımızı ana südü ilə bəsləməkdə Mərkəzi Avropa ölkələrindən də xeyli geridə qalırıq.

Mütəxəssislər bildirirlər ki, bu say uşaqların gələcək həyatı üçün çox qorxulu bir tendensiyadır.

Hətta iş o yerə çatıb ki, körpə dünyaya göz açan kimi uşaq yeməyi ilə qidalandırılır. Doğum evlərində uşaq yeməyi satan şirkətlərin əməkdaşları da bu işdə analara dırnaqarası kömək olurlar.

Anaları ovsunlamaq üçün əməkdaşlar gecə-gündüz doğum evlərinin qarşısında növbə çəkirlər. Təbii ki, uşaq qidalarını satanlar doğum evlərinə baş həkimlərin və pediatrların razılığı ilə gəlir. Çünki bu işdə onların da əməlli-başlı xeyirləri var.

Bir də burada pediatrlarda anaları uşaq qidaları satmaq üçün “şirnikləşdirmə”si faktı var.

Uşağını pediatra aparan analar həkimin təyinatı üzrə müalicə ilə yanaşı, həm də körpələrinin qidasını da dəyişirlər. Çünki həkim həmin şirkətlərlə faizə işləyir. Həmsöhbətimiz Günay Məmmədova da belə insanlarda biridir. O, Bizim.Media-ya açıqlamasında bunun səbəbini belə izah edir:

“Qızım 7 aylıqdır. Öz südümlə qidalandırmağa imkanım olmadı. Xəstəxanada “Hipp”i məsləhət gördülər, həkimi dəyişdim, o da mənə “NAN”ı tövsiyyə etdi. Bütün analara dedi ki, bu qida keyfiyyətlidir”.



Körpələrimizin sağlam ruhda və orqanizmdə böyüməsini təkcə analar yox, bəzi işbazlar da təhlükəyə atır.

Belə ki, əgər bir uşaq qidasının içərisində 50 ədəd vitamin, minerallar olmalıdırsa, dələduz sahibkar bunun 10-15 faizini məhsula əlavə edir. Bu əməlləri ilə süd kimi təmiz körpələrin gələcəklərini bulandırırlar.

Bunun üçün AQTA xəbərdarlıq edir ki, zərərli qida görən kimi agentliyin “1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər:

“Məlumat verildikdən sonra dərhal araşdırmalara başlanılacaq və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Uşaq qidaları yüksək risk qurupuna aid olduğu üçün ölkəyə idxal edilən məhsullardan yüksək intensivliklə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Əgər nümunələr qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə cavab vermirsə, məhsulun satışına icazə verilmir”.

Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xeyli sayda məhsulu satışdan çıxarıb. Süni uşaq qidalarının əksəriyyətinin istehsal müddətinin bitmiş olduğu üçün satışına icazə verilməyib.

Məsləhət görülür ki, uşaq qidaları alınarkən qablaşdırmanın bütövlüyünə, onun üzərində “uşaq qidası” və “6, 8, 10 və 12 aylıq uşaqlar üçün” kimi qeydlərin olmasına, qidanın hansı yaş qrupu üçün nəzərdə tutulduğuna, istehsal və son istifadə tarixinə və tərkibindəki ‘‘E’’- qida əlavələrinə (ən zərərsiz qida əlavələri soda, sirkə turşusu, pektindir və müvafiq olaraq E-500, E-260, E-440 kimi işarə olunur) diqqət olunmalıdır.

Maraqldır ki, analar süni qidaların ziyanlı olduğunu bildiyi halda niyə istifadə edirlər?

4 aylıq oğul övladı olan Aynur Əliyeva fikirlərini belə əsaslandırıb:


“Oğlum Əliyə cəmi iki ay ana südü verdim. Daha sonra “Humana” adlı süni qidadan istifadə etməyə başladım. Çünki ana südü ilə uşaq doymurdu. Yeməyin oğluma elə bir ziyanı olmadı. Ana südünü heç nə əvəz etmir. Lakin əlacsız qalıb bu qidalarla övladlarımızı bəsləyirik. Sadəcə analar çalışsınlar, ucuz qida almasınlar. 10-15 manat arası olan yeməkləri alsınlar. Çünki onların keyfiyyəti yaxşı olur”.

Apteklərdə və marketlərdə apardığımız sorğuya əsasən deyə bilərik ki, uşaq yeməklərinin qiyməti 3 manatdan başlayır. Almaniya istehsalı olan yeməklərin qiyməti 8-10 manat arasında dəyişir. Elə qidalar var ki, qiyməti 50 manata kimi qalxır. 

Satıcılar deyirlər ki, uşaq qidaları arasında daha çox satılanlar "Humana”, "Cabrita”, "Nutrilon”, "Heinz”, "Nestle”, "Aquşa”dır. Buna olan təlabat isə bəzilərinin tərkibində keçi südünun olmasıdır ki, bu da xeyirli sayılır. 

Həmsöhbət olduğumuz digər analar isə söyləyirlər ki, “Nutrilon” adlı süni qida körpələrdə daha çox köp yaradır. 



- “Hipp” isə doyumsuzdur. “Nutrilon”u, “Hipp”i “Humana”nı doğum evlərində daha çox reklam edirlər deyə uşaqları ilk bu qidalarla bəsləyirik. Sonra araşdırıb öyrəndikcə yeməyi dəyişirik. 

Maraqlıdır, “Süni uşaq qidaları ana südünü əvəzləyirmi? sualına cavab olaraq Respublikanın baş pediatrı, Nəsib Quliyev deyir ki, uşaqlar üçün ən ideal qida ana südüdür.



Həmin süni qidalar inək südünün bazasında hazırlanan qidalardır:

Canlının hasil etdiyi qida onun maksimum özü üçün spesifik və maksimum adekvatdır. Bu, o deməkdir ki, inək südünü insanın balasına vermək olmaz. Biologiyada buna bioloji katastrof deyirlər. Bunlar sübuta ehtiyacı olmayan aksiomlardır. Amma təəssüflər olsun ki, insanlar özləri-özlərinə problem yaradırlar. Ona görə ki, təbiətin qanunlarını pozurlar. Gələcəkdə belə uşaqların həm fiziki, həm də psixoloji problemləri yaranmış olur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə süni uşaq qidalarının tərkibində soya olduğunu bildirir: 



“Qanuna əsasən körpə qidalarının üçüncü ölkədən idxalı qadağandır. Birbaşa istehsalçıdan alınmalıdır. Ancaq biz görürük ki, Azərbaycana 3-cü ölkələrdən uşaq qidaları idxalı baş verir. O körpə qidasının ki, tərkibində soya komponenti var, bu, GMO komponentidir. Onu bir dəfə içən insan ayrılmaq istəmir. Xəfif şirin dadı olur”.
Tarix: 7-04-2022, 13:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}