Son sutkada Azərbaycanda 14 nəfər koronavirusa yoluxdu, vəfat edən olmayıb



Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 349 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 506 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib. 138 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 776, bu günə qədər isə ümumilikdə 6 766 600 test icra olunub.
Siam.az
Tarix: 16-04-2022, 17:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}