"Bu şirədən hər gün bircə stəkan için, ürəyiniz sağlam olsun..."


İsti havada orqanizmə daha çox maye lazımdır, lakin bu, təkcə su olmaya da bilər. Yeni təqdiqata görə, çuğundur şirəsi  xüsusilə ürək-damar xəstəlikləri olan insanlar üçün ideal içkidir.
Bu barədə "Detaly" nəşri yazıb.
 
Çuğundurun bir sıra güclü sağlamlaşdırıcı xüsusiyyətləri var. Onun tərkibində az kalorili çoxsaylı qida maddələri var, həzmi və beynin sağlamlığını yaxşılaşdırır, həmçinin qanda şəkərin miqdarını tənzimləyir. Amma bu, hələ hamısı demək deyil.
 
Britaniya kardioloji fond (BHF) tərəfindən maliyyələşdirilən və Mançesterdə Britaniya ürək-damar assosiasiyasının konfransında təqdim edilən tədqiqata uyğun olaraq, gündə bir stəkan çuğundur şirəsi ürəyin işemik xəstəliyi olan insanlarda iltihabı minimuma endirir.
 
Ürəyin işemik xəstəliyi ürək-damar patologiyalarının ən geniş yayılmış tipidir, ürək infarktının ən geniş yayılan səbəbidir, həmçinin həm kişilər, həm də qadınların bütün dünyada ölüm amilidir.
 
ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 2019-cu ildə bu xəstəlik 360 900 nəfərin ölümünə səbəb olub.
 
Alimlər müəyyən edib ki, işemik xəstəliyə tutulan pasientlər həmçinin azot-oksidin çatışmazlığından əziyyət çəkir, bu maddə orqanizm tərəfindən işlənib hazırlanır, arterial təzyiqi tənzimləyir və iltihabəleyhinə təsir göstərir.
 
Azot-oksid çatışmadıqda işemiyası olan insanlarda iltihab arteriyayaların vəziyyətini pisləşdirir, onların mənfəzini lövhəciklərlə qapadır, nəticədə ürək tutmasına və ya ürək çatışmazlığına gətirib çıxara bilər.
 
"Bizim tədqiqatımız çuğundur şirəsinin qəribə faydasını göstərib, - bunu Kraliça Mariyanın London Universitetinin elmi əməkdaşı, tədqiqat müəllifi, doktor Əsəd Şabbir deyib. - Onun gündəlik istifadə edilməsi bizim rasionumuzu qeyri-üzvü nitratlarla zənginləşdirir və iltihabı aradan qaldırır".
 
Tədqiqat 114 nəfər könüllülər üzərində aparılıb, onlardan 78 nəfər qarın yatalağı əleyhinə peyvənd alıb (bu, ürəyin müvəqqəti iltihabını törədir), 36 nəfər isə dərinin bir hissəsində başqa tip iltihab törədən məlhəmdən istifadə edib.
 
Daha sonra yeddi gün ərzində tədqiqat iştirakçıları hər səhər 140 ml çuğundur şirəsi içib. Bu zaman bir qrup tərkibində yüksək nitratlar olan, digəri təmizlənmiş içki alıb.
 
Qarın yatalağına qarşı peyvənd alanlarda və nitratla zəngin olan çuğundur şirəsi içənlərdə qanda, sidikdə və ağız suyunda azot-oksidin markerlərinin miqdarı təmizlənmiş şirə içənlərə nisbətən daha çox olub. 
 
Digər qrupda dəridə olan iltihab nitratlarla zəngin çuğundur şirəsi içənlərdə daha tez sağalıb, üç gündən sonra isə suluqlardan götürülən mayedə leykositlərin miqdarı aşağı düşüb.
 
Tədqiqat göstərib ki, nitratlı şirə həmçinin damarların normal funksiyasını təmin edən endotelinin ( ürəyin və qan damarlarının daxili hissəsini örtən nazik membran) funksiyasını bərpa edir.
 
Beləliklə, hər gün çuğundur şirəsindən istifadə edilməsi işemik xəstəliyi olan milyonlarla insan üçün faydalıdır.Moderator.az
 

Tarix: 20-06-2022, 09:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}