Karantinin sərtləşəcəyinə REAKSİYA – “ÜST-ün marağı var ki, xəstəlikləri şişirtməklə dövlətlərdən ianə toplasın”


Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinin birgə məlumatına görə koronavirusa yoluxmada son bir həftədə 48 faiz artım olub. Yoluxma dinamiki artsa, müvafiq addımların görülməsinə başlanacaq. Bu o deməkdir ki, növbəti sərt karantin tədbirləri ilə bağlı qərar verilə bilər.

Koronavirusun unudulduğu ərəfədə sözügedən qurumların sərt karantinlə bağlı anonsu ictimaiyyətdə rezonans doğurub. Dia.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan tibb eksperti, radioloq Aydın Əliyev koronavirusun artıq tarixə qovuduğunu və sərt karantinlə bağlı addımların atılmasının düzgün yanaşma olmadığını bildirib:

“Çox güman ki, müvafiq qurumların başqa maraqları var. Çünki COVID-in artıq heç bir təhlükəsi yoxdur. Bu virus artıq tarixə qovuşmuş bir şeydir. Yoluxma sayının artması bizə sərt karantinə getməyə əsas vermir. Çünki xəstəlik hədddindən artıq yüngül keçir, əksər insanlar yoluxub sağalmış və peyvənd olunmuşlardır.

Bundan əlavə kollektiv immunitet də formalaşıb. Ona görə də karantin qaydalarının tətbiqinə heç bir ehtiyac yoxdur. Bir qayda olaraq TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi bu cür anonslar verib insanları öz aləmlərində hazırlayırlar, sonra isə karantin tətbiq edirlər. Əgər belə bir fikirləri varsa, çox yalnış bir addımdır.

Ölkəmizdəki hazırki duruma nəzərən deyə bilərəm ki, heç bir sərt karantinin tətbiqinə və maska tələbinə ehtiyac yoxdur. Qoy bütün insanlar bilsin. İnsanlar bilgisiz qaldıqca, onları aldatmaq daha asan olur”.

Aydın Əliyevin sözlərinə görə dünyada ildə 1 milyard insan qrip virusuna yoluxur:

“Məgər qripə görə karantin tətbiq edilir? Artıq COVID də mövsümi bir xəstəliyə çevrilib. Meymunçiçəyi ilə bağlı da heç bir ciddi təhlükə yoxdur. Hava damcı yolu ilə yoluxması üçün insanlar arasında çox yaxın kontakt olmalıdır.

Yarım və ya 1 metr məsafədən meymunçiçəyinə yoluxma mümkün olmur. Həmçinin bu xəstəliyin pandemiyaya çevrilməsi sıfıra bərabərdir. Onu da deyim ki, Ümümdünya Səhiyyə Təşkilatı dünyada hansısa xəstəlik yayılanda, dövlətlərdən ianə alır.

Ona görə də ÜST-ün marağı var ki, bu xəstəlikləri şişirtsin və dövlətlərdən də ianə toplasın. Bu baxımdan hissə qapılmamalıyıq və panik olmamalıyıq. Məntiqlə davranmalıyıq”, deyə həkim əlavə edib.
Tarix: 8-07-2022, 15:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}