Niyə onkologiya mərkəzində xəstələrə dərman bitkiləri təyin olunmur? - Məşhur həkim


Zəli və hicama müalicələri xroniki xəstəliklərin bir çoxunda uğurla tətbiq edilir və günümüzdəki dərman müalicələri ilə nəinki rəqabət aparır, hətta dərman müalicələrindən qat-qat müsbət təsir göstərməkdədir.
Bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
"Günümüzün reallığı budur ki, inkişaf etmiş və inkişafda olan dövlətlərin səhiyyə nazirlikləri böyük dərman firmalarının təsirləri altındadırlar, bu firmaların o qədər büdcələri var ki və dərman istehsalına o qədər qadağalar qoyublar ki, aparıcı dərmanların 90 faizi bu firmaların nəzarətlərindədir. Bu firmalar həkimlərlə daima müxtəlif konfranslarda görüşlər təşkil edərək dərmanlarını tanıdır, bu dərmanlar dövlətlərin səhiyyə nazirliyinin protokollarına salınır və beləcə büdcələrini daima artırırlar", - deyə F.Hüseynov bildiribHəkim əlavə edib ki, Azərbaycanın da milli müalicə konsepsiyası olmalıdır:
"Bizlər bu üsullarını yaşatmaqla bərabər həmdə inkişaf etdirməliyik. Hindistanda, Çində, Tayvanda, Rusiyada belə bir konsepsiyalar var və inkişaf etdirilir. Ölümlərini gözləyən yüzlərlə xərçəng xəstələri gözlərini Qərb dövlətlərinə dikiblər, amma ölkəmizdə bol antioksidantlı dərman bitkilərimizi tanıyan yoxdur. Onkologiya mərkəzlərində xəstələrə heç bir dərman bitkiləri təyin olunmur. Əslində mən o həkimləri qınamıram. Çünki bitki haqqında məlumatlı deyilər. Yaxşı olardı ki, kimyəvi sistemlərdən sonra dərman bitkilərindən ibarət kompleks müalicə proseduru da təyin olunsun. Ən azından, bu bitkilərin tərkibindəki antioksidantlar elm tərəfindən sübut olunub. Elmə məlumdur ki, bol antioksidant bol Günəş və zəngin minerallı torpaq örtüyü olan ərazilərdə daha çox olur".
Sonda F.Hüseynov təklif edib ki, milli bir konsepsiya hazırlanması ilə iş adamları öz hesablarına bu konsepsiyalara əsaslanaraq müxtəlif qidalanma mərkəzləri, sanatoriyalar, hicama, zəli, arı sancma mərkəzlərini bir arada toplayaraq müalicəvi bədən tərbiyəvi mərkəzlər aça bilərlər:"Bu kimi mərkəzləri açmaqla həm dövlətimizi dünya səviyyəsində daha yaxşı tanıda bilərik, həm də bol turist axınına səbəb ola bilərik". \\Medicina
Tarix: 10-07-2022, 23:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}