“Yalandan deyirlər ki, koronavirusdan filan qədər xəstə öldü” - Həkimdən qalmaqallı sözlər


“Koronavirusla bağlı gündəlik ölüm statistikası çıxır ki, filan qədər koronavirus xəstəsi ölüb. Bu yanlış statistikadır”. 
Siam.az xəbər verir ki, bunu tanınmış həkim Aydın Əliyev deyib. 
Həkim qeyd edib ki, dünyasını dəyişən şəxsin konkret olaraq hansı xəstəlikdən dünyasını dəyişdiyini sübut etmək üçün patoloji anatomik müayinə olunmalıdır:
“Meyit yarılmalıdır, bütün orqanlardan nümunələr götürülməlidir. Dəqiq bilirəm ki, ölkəmizdə COVID-19 testi müsbət olub dünyasını dəyişən şəxslərin heç biri dəqiq patoloji anatomik müayinədən keçirilmir.
İndiki kimi yadımdadır pandemiyanın qızğın dövründə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə rəhbərlik edən şəxslərdən biri gülməli bir şey danışmışdı “ dünyasını dəyişən koronavirus xəstələrini elimizin və dinimizin adətinə uyğun olaraq yuyub, kəfənləyib sahibinə veririk”. Bu tibbin görəcəyi iş deyil, tibbin işi müayinə edib nədən öldüyünü təsdiq etməkdir”.
Onun sözlərinə görə, hazırda bu tendesiya davam edir:
“COVID-19 analizi müsbət çıxıb dünyasını dəyişən şəxslərin məhz koronavirusa görə dünyasını dəyişdiyini demək olmaz. Bəlkə paralel başqa xəstəlikdən dünyasını dəyişib. Yanlış, yarımçıq işlər insanları yenidən panikaya salır. Hazırda verilən statistikaların heç birinin tibbi praktiki əhəmiyyəti yoxdur. Düşünürəm ki, burada siyasi nüanslar da var. Bütün bunlar isə yalnız bizim ölkəmizlə bağlı məsələ deyil, çünki bunu ÜST istəyir”./Modern.az 
Tarix: 24-07-2022, 17:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}