Qara çayın faydaları və ziyanları


Araşdırmalarla sübut edilib ki, qara çayın gün ərzində müəyyən miqdarda qəbulu orqanizmə xeyirdir. Ancaq aşırı istifadə etdikdə ziyan verir.
Axar.az xəbər verir ki, qara çayın az içildikdə faydaları bunlardır:
1. Təzyiqi aşağı salır
Əgər sizin yüksək təzyiqdən şikayətiniz varsa, vaxtaşırı çay içməyiniz məsləhətdir.
2. Xolesteronu tənzimləyir
Dünyada hər 3 nəfərdən birinin əziyyət çəkdiyi xolesteronu çay içməklə tənzimləmək olar.
3. Dişlərin çürüməsinə mane olur
Ağız sağlamlığı üçün xeyirli olan çay ağız boşluğunda yerləşən bakteriyaları öldürür və dişlərin çürüməsinin qarşısını alır. Gündə 3 stəkan çay bu baxımdan xeyirlidir.
4. Diabet riskini azaldır
Çay qandakı şəkərə qarşı effektivdir - əlbəttə, əgər çayı şəkərsiz içərsinizsə.
Çayın ziyanları
1. Baş ağrısı və əsəbilik yaradır
Həddən artıq içilərsə, çay başağrı və əsəbilik doğura bilər. Çaydakı yüksək kofein səbəbindən çox istifadə etmək olmaz.
2. Yuxu pozğunluğuna səbəb olur
Axşam yeməyindən sonra 1-2 stəkan çay əsəbləri sakitləşdirir və rahat yatmağınıza səbəb olur. Ancaq çox içildikdə, əksinə, stress səviyyəsini yüksəldir və yuxunu qaçırır.
Tarix: 29-07-2022, 21:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}