Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan NARAZILIQ - "Uşağım yaşasa da, əngəlli olacaq"
Ağdam rayon Güllücə kənd sakini Aytən Qurbanova qeysəriyyə üsulu ilə dünyaya gətirdiyi övladının vəziyyətinin ağır olmasında həkimləri günahkar bilir.
Siam.az bildirir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaşın sözlərinə görə, 7 ay boyunca normal hamiləlik keçirib. Müalicələrini Bərdə rayonunda alan anaya hamiləlik müddətində və son dopler müayinəsində doğuşun 11-18 yanvar arası baş tutacağı deyilsə də, Səbinə adlı həkim məsləhət görüb ki, qeysəriyyə əməliyyatını 29 dekabrda etdirsinlər: “Hamiləlik vaxtı nə məndə, nə də körpəmdə heç bir problem olmayıb. 27 dekabrda həkim müayinəsində oldum. Səbinə həkimi çox tərifləyirdilər. Yaxşı həkim olduğunu deyirdilər. Buna görə mən də istədim ki, əməliyyatımı o etsin. Səbinə xanım isə heç bir kağızıma baxmadan məndən 600 manat pul istədi. Biz bununla bağlı narazılığımızı bildirdik. Daha sonra bizi şöbə müdiri Şəhla adlı həkimin yanına göndərdi. Həmin həkim isə bayram tətilində Bakıda olacağını bildirirərək, əməliyyatı dekabrın 29-na təyin etdi. Bayrama qədər əməliyyatı planladılar və 29 dekabrda məni Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada əməliyyat etdilər”.
Aytən Qurbanova deyir ki, əməliyyatdan sonra uşağın atasına və nənəsinə bildirilib ki, körpənin ciyərləri açılmayıb, reanimasiyada kuvezə yerləşdiriblər: “Buna görə də nənədən 350 manat pul da alıblar. Ayın 2-nə qədər uşağı orada saxladılar. Bununla da daha ağır vəziyyətə gətiriblər. Dünən bildiriblər ki, “əlimizdən başqa heç nə gəlmir, hara istəyirsiz körpəni aparın”. Uşağı OMD-yə gətirdik. Ancaq baş həkimdən öyrəndik ki, sepsis olan körpənin vəziyyəti çox ağırdır, yaşasa belə, əngəlli olacaq”.
Şikayətçi onu da bildirir ki, həkimlər aldıqları 350 manat pulu da geri qaytarıblar.
Məsələ ilə bağlı Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya sorğu ünvanladıq. Xəstəxanadan sorğumuza belə cavab verildi: "Gəncə şəhər sakini Qurbanova Aytən Adil qızı 29.12.2022-ci il tarixində 38 həftəlik hamiləlik və uşaqlıqda ağır çapıq şikayətləri ilə Abbas Səhhət adına xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət edib. Həkim-ginekoloq Səbinə Quliyeva doğuşu sonlandırma zərurəti olduğundan (xəstəyə müvafiq hazırlıqlar görüldükdən sonra) hamilə qadın qeysəriyyə əməliyyatı olunub. 3 200 qr çəkisi olan uşaq dünyaya gəlib. Əməliyyat fəsadsız keçib. Uşağa bütün reanimasyon tədbirlər görülüb və o süni tənəffüs aparatına qoşulub. Müalicəsini davam etdirmək üçün körpəni Respublika Perinatal Mərkəzə təxliyyə olunması məsləhət görülüb. Lakin ailə uşağı Elmi-Tədqiqat Pediatriya İnstitutuna aparıb. Qeyd edək ki, bu qadının ikinci hamiləliyi olub".
Tarix: 5-01-2023, 10:42
-
Bu gün, 09:25
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Bu gün, 09:25
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Bu gün, 09:24
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
-
Bu gün, 09:23
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
-
Bu gün, 07:37
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
-
Bu gün, 07:36
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Bu gün, 07:36
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Bu gün, 07:36
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
{sape_links}{sape_article}