Adı bizim, dadı Musanın olan Mərkəzi Neftçilər Xəstəxanası... - Xəstəxananın direktoru Musa Abbasov KAFE işlədir?...



Adı bizim, dadı Musanın olan Mərkəzi Neftçilər Xəstəxanası... -
Musa Abbasov gözəl xanımlara deyir ki, gəlin sizi baş həkim göndərim...
Musa Abbasov milyonları vergidən yayındırır....
Görəsən, TƏBİB-in sədri Vüqar Qurbanov hara baxır..? Ay Musa, Avropada sənin kimisini elektrik stoluna bağlayarlar ee...
Sözün düzü, sabiq səhiyyə nazirləri Əli İnsanovun və Oqtay Şirəliyevin dövründə milli səhiyyə sistemimiz bərbad duruma düşmüşdü. Sonradan Allah qoymasa, İcbari Tibbi Sığorta Dövlət Agentliyi və onun tabeçiliyindəki TƏBİB ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ) yarandı və səhiyyəmiz tam iflasa uğradı.
Sözün düzü, Azərbaycan səhiyyəsinin durumu barədə düşünəndə adamı dəhşət bürüyür. Bəs harada qaldı Azərbaycan səhiyyəsinin şöhrətli illəri. Həmin illərdə respublikamızda məşhur Neftçilər Xəstəxanası fəaliyyət göstərirdi.
Qısa məlumat üçün qeyd edək ki, 1956-cı ildə Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası kimi fəaliyətə başlayan tibb ocağı tezliklə ölkədə məşhur oldu. Bir neçə il sonra xəstəxananın yeni korpusları tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqlarla təmin edildi.
Gördünüzmü, bütün xərcləri dövlət ödəyib, müasir avadanlıqları dövlət alıb, binanı, korpusları DÖVLƏT tikib. Amma sonradan bu məşhur xəstəxananın baş həkimləri tez-tez dəyişdirilməyə başladı. Bu isə ümumi işə ciddi ziyan vurdu.
Sözün qısası, TƏBİB yaranandan sonra qurumun o zamankı sədri Ramin Bayramlı dostu Musa Abbasovu Mərkəzi Neftçilər Xəstəxanasına baş direktor təyin elədi. O gündən də xəstəxana sanki Musanın şəxsi obyektinə çevrildi.
Təsəvvür edirsiniz, bu nəfsinə qul olan adam xəstəxananın həyətindəki hovuzun üstündə KAFE tikdirb. Hansı ki, həmin hovuz xəstəxanada yanğın söndürmə sistemi üçün ehtiyat su mənbəyidir. İraq olsun sabah bir yanğın baş versə, xəstələrin halı necə olacaq..?
Yaxşı, görəsən, FHN adlı qurum hara baxır..? Onsuz da bu xəstəxanada xəstələr havasızlıqdan boğulur dəə..
Bəli, xəstəxanadan daxil olan məlumata görə, xəstəxanada havalandırma sistemi işləmir. Görəsən pandemiyanın yayıldığı dövrdə Musa Abbasov dövlətin ayırdığı pulları hara xərcləyib ki, bu boyda xəstəxanada adi oksigen balonları çatmır..?
Təsəvvür edirsiniz, bu dövlətə məxsus, dövlətin pulu ilə fəaliyyət göstərən xəstəxanadır. Amma qiymətlər özəl xəstəxanalardakı qiymətlərdən dəfələrlə artıqdır. Adama deyərlər ki, bunun harası dövlət xəstəxanası oldu..?
Bu sualı Səhiyyə Nazirliyinə ünvanlayanda cavab verirlər ki, Neftçilər Xəstəxanası təsərrüfat hesablıdır. Neftçilər də deyir ki, bu xəstəxananın adı bizimdir, dadı Musanın. Bəli, Musa Abbasov bu xəstəxanada qara mühasibatlıq yaradıb. Belə ki, xəstəxanada kağız üstə maaş-əmək haqqı 600 manatdırsa, realda 4-5 mindir, yəni xəstəxanada həmişə qara mühasibatlıq olub. Əməliyyatların qiymətləri də kağız üstə bir cür, realda tam fərqlidir. Görün dövlət büdcəsindən nə qədər vergi yayındırılır. Bu cinayətdir. Bəs müvafiq orqanlar hara baxır ? Bəs, Səhiyyə Nazirliyi, TƏBİB-in sədri Vüqar Qurbanov hara baxır..? Tam məsuliyyətlə deyə bilərik ki, Musa Abbasovun bütün bu əməllərinin arxasında Vüqar Qurbanov dayanıb. Musa Abbasov o qədər həddini aşıb ki, gözəl həkim xanımlara deyir ki, “kağız-kuğuzu” düzəldin dostum Vüqar Qurbanova deyim sizi xəstəxanalara baş həkim təyin etsin.
Ümumiyyətlə, şəxsən tanıyanlar Musa Abbasovun həyat tərzi, əxlaqi keyfiyyətləri barədə elə sözlər danışır ki... Onlar bizlik deyil, heç kimin şəxsi həyatına biz qarışmırıq. Amma Musa Abbasovda xəstəxananın saytında yazır ki, biz Avropa standartlarına uyğun tibbi xidmət göstəririk. Buna deyən lazımdır ki, ayə Musa doktor, sənin direktor olduğun xəstəxanada 10 ildir mələfələr, döşəklər, odeyallar dəyişmir, xəstələr yataqlarından iyrənir. Bunun harası “Yevrostandart” oldu, ay mənim əziz dostum..? Yazıq xəstələr, o qədər pul ödəyir, onlara niyə çek vermirsən. Həm xəstələrin, həm də dövlətin cibinə girirsən, ay qardaş. Avropada bu tip hərəkətləri edən həkimləri elektrik stoluna otuzdurarlar ee...
Ay Musa doktor, son illər Mərkəzi Neftçilər Xəstəxanasında ölüm halları o qədər artıb ki, insanlar haray salır sənin əlindən. Sən isə, mən Vüqar Qurbanovla hər ay görüşürəm deməklə məsələnin tam həll olduğunu bildirirsən. Biz belə düşünürük ki, sən hər ay Vüqar Qurbanovla deyil, hə an, hər dəqiqə, hər saat neftçilərlə görüşməlisən. Məqaləni yazdıqça araşdırmalarımız daha dərinliyə gedir, odur ki, daha ətraflı araşdırmalarımız növbəti yazılarımızda olacaq. gundelik baki.com/
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı törəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Tarix: 1-02-2023, 10:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}