Mərkəzi Gömrük Hospitalında “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib


10 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamına əsasən Mərkəzi Gömrük Hospitalında “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının əməkdaşları, o cümlədən Dövlət Gömrük Komitəsinin Akademiyasının məsul nümayəndəsi, Könüllü gömrükçü dəstəsinin üzvləri,Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan rezidentlər və Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecinin təcrübə keçən tələbələri iştirak ediblər. 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev təlim iştirakçılarını salamlayaraq “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” mövzusunda təqdimatla çıxış edərək, yeni sintetik narkotiklər, psixoaktiv maddələrin növləri, onların insan orqanizmində yaratdığı fəsadlar və bu təhlükələrlə mübarizə yolları barədə, o cümlədən narkotiklərin istifadəsinin struktur dəyişikliyi, opium qrupuna daxil olan narkotik maddələr, dərman preparatlarının tərkibində olan narkotik vasitələr, eləcə də bu preparatların satışı qaydaları, bəzi yayılmış narkotik vasitələrin xüsusiyyətləri, təsirləri və yaratdıqları fəsadlar barədə ətraflı məlumat verib. 
Daha sonra təlimdə Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı, tibb xidməti baş leytenantı İradə 
Ramazanova “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər” mövzusunda təqdimatla çıxış edərək mövzu ilə əlaqəli aktual məsələr barədə ətraflı danışıb. Təlimin sonunda İsmayıl Əfəndiyev və Dr. İradə Ramazanova iştirakçıları maraqlandıran sualları cavablandırıblar.Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
Siam.az
Tarix: 13-03-2023, 14:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}