Kamaləddin Qafarov: Azərbaycanda dərman Türkiyədən ucuzdur



Deputat Kamaləddin Qafarov Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında bildirib ki, Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur.
 
SİAM.AZ xəbər verir ki, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu fikirlə razılaşmayıb və deputata cavab verib.
 
“Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur. Siz mənə nümunə göstərə bilərsiniz?".
 
Deputat Kamaləddin Qafarov isə bildirib ki, bir dərmanın qiyməti bizdə 20 qəpik ucuzdur./Modern.az
Tarix: 29-03-2023, 16:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}