Tərkibində çoxlu zülal olan 6 meyvə...

Tərkibində çoxlu zülal olan 6 meyvə...

"Zülal təkcə toyuq, balıq və süd məhsullarında deyil, bəzi meyvələrin tərkibində də var..."

 
"Qaysıdan istifadə edilməsi həzmi yaxşılaşdırır, qanda şəkərin, xolesterinin miqdarını və qan təzyiqini tənzimləyir..."
 
Aydındır ki, meyvələr qida rasionumuzda ət, süd məhsulları və paxlalı bitkiləri əvəzləyə bilmək qabiliyyətində deyil, lakin onların bəzilərinin bizi sağlam zülal üçün əlavə doza ilə təmin edə biləcəyini bilmək pis olmaz.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Zülal ilə zəngin olan məhsullardan danışarkən, insanların əksəriyyəti toyuq döşü, balıq və süd məhsulları barədə düşünür, əgər bu mövzunu vegetarianlarla müzakirə etsək, onlar ilk növbədə soya, paxla, noxud, mərcimək və lobyanı xatırlayacaq.
 
Lakin onların heç biri, böyük ehtimalla, meyvələr və giləmeyvələr barədə heç nə söyləməyəcək, hərçənd, onların da tərkibində orqanizmin düzgün fəaliyyəti üçün zəruri olan zülal var.

Avokado
 
Avokadonun xoşagələn dadı və zahiri görünüşü var, o, bir çox yeməklərlə uzlaşdırıla bilər, tərkibində xeyli miqdarda yağlar, selüloza və kalium var. Bundan başqa, bu meyvənin 100 qram lətində (təəccüblənməyin, bu, həqiqətən meyvədir) ən azı 2 qram, yəni təxminən bəzi süd məhsullarında olduğu kimi, zülal var.
 
Banan
 
Bir çoxumuz məşqlərdən öncə və sonra kaliumla zəngin banan banan yeməyi xoşlayırıq, axı, tədqiqatlar göstərib ki, bu meyvə idmançılar arasında polulyar olan izotonik içkilər kimi enerjinin artmasına kömək edir. Lakin bu, sizə bananları xoşlamağa azlıq edərsə, bilin ki, 100 qram bananda təxminən 1, 1 qram zülal var.
 
Portağal
 
Bu sitrus meyvəsi C vitamininin ən gözəl mənbələrindən biri kimi tanınıb. Üstəlik, orta ölçüdə olan portağalda təxminən 1, 2 qram zülal var. Əgər siz meyvəyə deyil, onun şirəsinə üstünlük verirsinizsə, bir stəkan portağal şirəsində 0, 5 qram zülal var. Ona görə də faydalı maddələri (xüsusilə selülozanı) tam həcmdə almaq istəyirsinizsə, portağal və digər meyvələrin özündən istifadə etmək daha yaxşıdır.

Qreypfrut
 
Bu, portağala oxşar, bir qədər acımtıl dadan meyvədir, C vitamtini ilə zəngin olmaqla bərabər, orta ölçüdə olan qreypfutda təxminən 1, 6 qram bitki zülalı var. Bu zaman xatırladaq ki, qreypfut şirəsi bəzi dərmanları parçalamaq təsirinə malikdir. Ona görə də əgər siz daima müalicə alırsınızsa və ya müəyyən dərman preparatları qəbul edirsinizsə, qreypfutların istifadəsinin nəticələri barədə həkimlə məsləhətləşmək lazımdır.
 
Qaysı
 
Hamıya məlum olan və hamı tərəfindən sevilən qaysının tərkibində sağlamlığa müsbət təsir edən çoxsaylı komponentlər, o cümlədən C vitamini, antioksidantlar və selüloza var. Bundan başqa, bu meyvənin tərkibində hər 100 qramında 1, 4 qram zülal var. Qaysıdan istifadə edilməsi həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin, xolesterinin miqdarını, qan təzyiqini tənzimləyir.

Giləmeyvələr
 
Moruq, böyürtkən və gilənarın tərkibində çoxlu miqdarda antioksidantların olması səbəbindən beyin və orqanizmin digər sistemləri üçün faydalıdır. Bundan başqa, bir fincan böyürtkənin tərkibində təxminən 2 qram, moruqda 1, 5 qram, gilənarda 1, 6 qram zülal var. Lakin başqa giləmeyvələrdə bu qədər zülal yoxdur.
 

Tarix: 22-07-2023, 10:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}