Ürəyə faydalı, ömrü uzadan içki...


Ürək xəstəlikləri hər il milyonlarla insanı ölümə sürükləyir. Ürək xəstəliklərinin müalicəsi var, amma insan digər vasitələri sınamalıdır.
Siam.az  Medicina.az-a istinadən xəbər verir ki, terapevt Eleonora Arsenyeva stressi götürən, ürək-damar xəstəlikləri riskini azaldan uzunömürlülük içkisini açıqlayıb.
“Ömrü uzatmaq üçün qara çay içərdim. Çünki çayda polifenollar həddən artıq çoxdur. Bu bitki beyin və ürək sağlamlığına lazım olan hər şeyə malikdir. Yarım milyon üzərində təcrübə göstərdi ki, gündə 2 fincan çay içənlərdə erkən ölüm riski 2 dəfə az olub. Hətta çaya şəkər və ya süd qatdıqda da müsbət təsirini saxlayır. Çay iltihabı və trombositlərin aktivliyini azalda bilər. Trombositlərin çoxluğu və aktivliyi tromb əmələ gəlməsinə səbəb olur. Stress və beyin yorğunluğunda da dərhal çay için.
Sübut olunub ki, çobanyastığı çayı Alzheymerə qarşı təsirlidir. O, antioksidant təsiri ilə yaddaşı yaxşılaşdırır”, - Arsenyeva qeyd edib.
Tarix: 30-09-2023, 14:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}