Hər gün 1 stəkan nar suyu içsəniz…

Hər gün 1 stəkan nar suyu içsəniz…
Artıq nar mövsümü başlayıb. Bu səbəbdən, bütün bazar, market piştaxtalarında nar suyuna rast gəlirik.
Bəs nar suyunun faydaları nələrdir? Hər gün bir stəkan nar suyu içilsə, bədənimizdə nə baş verər?
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hər gün bir stəkan nar şirəsi içdikdə təzyiqimiz tarazlaşmağa başlayacaq. Qan təzyiqini balanslaşdırmaq sizi uzun müddətdə ciddi problemlərdən, xüsusilə yüksək təzyiqdən uzaqlaşdırır. Tərkibindəki yüksək kalium, C vitamini və polifenol sayəsində qan axını tənzimləyən nar şirəsi yüksək təzyiq problemi olanlara məsləhət görülür. Lakin təzyiqinizdə hər hansı bir problem varsa, müntəzəm olaraq nar suyu içməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin və onun tövsiyələrinə uyğun hərəkət edin.
Nar şirəsi qəbul etməyə başladıqdan sonra damarlarınızda qan dövranı tənzimlənir. Beləliklə, orqanizmi damar tıxanması, infarkt və hətta insult kimi ani ürək-damar xəstəliklərindən qoruyur.
Nar şirəsi tərkibindəki C vitamini və olifenollərdən aldığı güc sayəsində antioksidant xüsusiyyətlər göstərir. Başqa sözlə, sərbəst radikalları, yad və zərərli maddələri bədəndən tez bir zamanda çıxarır. Bir növ təmizləmə prosesi həyata keçirən nar şirəsi bu xüsusiyyəti sayəsində qaraciyərdə yığılan zərərli maddələri də təmizləyir.
Nar şirəsinin ən maraqlı və ən az bilinən xüsusiyyətlərindən biri də stresdən qorumasıdır. Antioksidant xüsusiyyətləri sayəsində sinir sisteminin sağlam işləməsini böyük ölçüdə dəstəkləyən nar suyunu hər səhər günün əvvəlində içsəniz, özünüzü stressdən azad bir həyatda tapacaqsınız.
Nar şirəsi başda C vitamini olmaqla bir çox faydalı vitaminlər sayəsində maddələr mübadiləsini sürətləndirir. Nəticədə, bədəndəki yağ daha tez əriyir. Nar suyu içərək həm artıq çəkidən xilas ola, həm də uzun müddət özünüzü piylənmədən qoruya bilərsiniz.
Əgər tez-tez şişkinlik kimi problemlərlə qarşılaşırsınızsa, nar suyunun sidikqovucu təsirindən faydalana bilərsiniz. Antioksidan xüsusiyyəti ilə sidikqovucu olan nar şirəsi bədəndəki şişkinliyi aradan qaldırır. Nar suyu müntəzəm olaraq istehlak edildikdə həyat keyfiyyətini yaxşılaşdırır.
Dərinizdə tez-tez sızanaqlar əmələ gəlirsə, hər gün bir stəkan nar suyu içərək bunun qarşısını ala və mövcud sızanaqları daha qısa müddətdə yox edə bilərsiniz. Antioksidan təsiri sayəsində dərini təmizlədiyi üçün nar şirəsi, həm də erkən qocalma əlamətlərinin qarşısını alır, qırışların əmələ gəlməsini mümkün qədər gecikdirdiyi bilinir.
Tarix: 11-10-2023, 14:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}