Dərmanların keyfiyyəti niyə aşağı düşüb? – AÇIQLAMA



Son günlər əczaxanalarda satılan dərmanların keyfiyyəti ilə bağlı şikayətlərin sayı artıb. Bu şikayətlərə sosial şəbəkələrdə də rast gəlmək mümkündür.  Eyni adlı, lakin müxtəlif istehsalçılara aid olan dərmanların keyfiyyəti barədə isə hər zaman mübahisələr var.

Tibb elmləri doktoru Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O qeyd edib ki, yalnız psixotrop, onkoloji, şəkərli diabet əleyhinə dərmanlar və bəzi tibbi avadanlıqlar dövlət tərəfindən ölkəyə idxal edilir: 

“Yerdə qalan bütün dərmanları kommersiya firmaları ölkəyə idxal edirlər və məsuliyyət də onların üzərindədir. Dərmanları Səhiyyə Nazirliyinin müvafiq idarələri qeydiyyatdan keçirirlər. Bu dərmanlar qeydiyyatdan keçən ərəfədə müəyyən parametrlərə cavab verə bilər, ancaq sonrakı dövrlərlə bağlı bunu demək çətindir”.

A.Qeybulla problemin həlli yollarından da söz açıb: 

“Məsələ ilə bağlı ölkədə müstəqil laboratoriyalar olmalıdır. Narahatlıqlar mövcuddursa, hər halda, səbəbsiz və əsassız deyil. Səhiyyə Nazirliyinin müvafiq qurumları iş aparmalıdılar, dərmanların keyfiyyət parametrlərinə yenidən baxmalıdırlar.

Ayrı-ayrı əczaxanalarda yoxlamalar aparıla bilər. 

Problemin böyükölçülü həlli üçün ictimaiyyətə açıq dövlət reyestri olmalıdır. Belə olduğu halda, orada hər firmanın öz məsuliyyəti görünəcək. Neqativ hal olan zaman dərmanı ölkəyə idxal edən firma məsuliyyətini daşıyacaq”. 
Tarix: 31-10-2023, 16:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}