"Qida terroru": - BİZİ NECƏ ZƏHƏRLƏYİRLƏR?


Fuad Qəhrəmanlı: "Bizdə bu sahədə nəinki hər hansı normativ, məhdudiyyət nəzərdə tutulmayıb, ümumiyyətlə bu sahəyə cavabdeh dövlət qurumlarında belə bir təsəvvür yoxdur, bunun bədələni isə insanlar öz sağlamlıqları ilə ödəyirlər"
"Ölkədə satılan qidaların qiyməti baha olsa da, tərkibləri kimyəvi qatqılarla zəngin olduğu üçün cavan yaşlarda belə, arterial təzyiq, ürək damar xəstəlikləri, həzm sisteminin funksional pozulmaları, şəkərli diabet və. s kimi xəstəliklərə səbəb olur"
"Bakıda olanda bu problemi bu qədər yaxından görüb hiss etmirdim. 15 günə yaxındır ki, rayondayam və yaşlanmış qohum əqraba ilə təmasda gördüyüm acınacaqlı vəziyyət insanı üzür. Bir vaxtlar uşaq olduğumuz vaxtlarda sağlam, güclü gördüyümüz insanların bir çoxu indi yeriməkdə çətinlik çəkirlər, hərəkət məhdudiyyətləri yaranıb. Bu vəziyyəti heç də onların yaşlanmağı ilə bağlamaq olmaz. Çünki haqqında danışdığım insanlar çox da yuxarı yaş həddində deyillər. Onlar əsasən 60-70 arasındakı mərhələdən başlayaraq hərəkət sərbəstliyini itirirlər". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı bildirib. 

Siyasi şərhçi deyib ki, bu vəziyyətdə olanların əksəriyyəti isə qadınlardır: "Çox səbəb göstərmək olar, ancaq bu səbəblərin içində ən başda "qida terroru" gəlir. Ölkədə satılan qidaların qiyməti baha olsa da, tərkibləri kimyəvi qatqılarla zəngin olduğu üçün cavan yaşlarda belə, arterial təzyiq, ürək damar xəstəlikləri, həzm sisteminin funksional pozulmaları, şəkərli diabet və. s kimi xəstəliklərə səbəb olur. Yəqin ki, hər kəs mağazalarda kilosu 7-8 manata olan kolbasa və sosiskaları, 8-10 manata kərə yağı adı ilə satılan mənşəyi bəlli olmayan yağları, xüsusi ilə ağ parlaq rəngli düyüləri və. s görüb və ya bu məhsulların alıcısı olub. Bu gün nanotexnologiyaların bir çox sahələrlə bərabər qida sənayesinə tətbiqi insanların sağlamlığına ciddi zərbə vurmaqdadır. Qida və kosmetika sahəsində ağardıcı vasitə kimi geniş tətbiq olunan titanium dioksid (E171) maddəsinin insan orqanizminə zərəri təsiri barədə qənaətlər son illər gündəmə gəlməkdədir. Hazırda istifadə olunan titanium dioksidin hissəciklərin ölçüsü 15-150 namometr arasında dəyişir. Daha aydın təsəvvür etmək üçün bu nano hissəciklərin havadakı adii toz hissəciyindən 40 dəfəyə qədər kiçik ölçüdə olduğunun təxmin edə bilərik. Titanium dioksidin tətbiq sahəsi isə çox genişdir. Ağardıcı diş pastalarından tutmuş, ağ kağızlara, günəş kremlərinə, kosmetik vasitələrə, gündəlik istifadə etdiyimiz salfet kağızlara, şəkər, düyü, saqqız, süd məhsulları, şolkaladlar və. s qədər çeşidli məhsulların istehsalında bu maddədən geniş şəkildə istifadə olunur".
Fuad Qəhrəmanlının sözlərinə görə, bu kiçik ölçülü nano hissəciklər tənəffüs, qida qəbulu və kosmetik vasitələrdən istifadə zamanı orqanizmə çox asanlıqla daxil olaraq oynaqlarda, daxili orqanlarda yığılır və müxtəlif xəstəliklərin meydana çıxmasına səbəb olur: "Elə bu zərərli təsirini nəzərə alaraq 2020-ci ildə Fransada, 2022 - ci ilin avqustunda isə Amerikada titanium dioksidin qida sənayesində tətbiqi qadağan edilib. Bizdə isə bu sahədə nəinki hər hansı normativ, məhdudiyyət nəzərdə tutulmayıb, ümumiyyətlə bu sahəyə cavabdeh dövlət qurumlarında belə bir təsəvvür yoxdur. Bunun bədələni isə insanlar öz sağlamlıqları ilə ödəyirlər".
Tarix: 1-11-2023, 22:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}