Təhlükəli xəstəlik: yorğunluq və zəiflik…


Uzun müddətli yorğunluq və zəiflik yoluxucu, somatik və psixi xəstəliklərin simptomları ola bilər.
Siam.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya Grand Clinic immunoreabilitasiya və profilaktik tibb klinikaları şəbəkəsinin elmi direktoru, qocalma əleyhinə həkim Olqa Şuppo danışıb.
Onun sözlərinə görə, 40-59 yaşlı xəstələr ən çox halsızlıq və yorğunluqdan şikayət edirlər. “Zəiflik və yorğunluq təhlükəli əlamətlər və xəstəliklərlə müşayiət oluna bilər: diqqətsizlik, yaddaş itkisi, ürək, qarın və kürək nahiyəsində ağrılar, narahatlıq”.
O qeyd edib ki, yorğunluğun səbəbləri müxtəlif amillərlə birbaşa bağlı ola bilər. Buraya xroniki virus infeksiyaları, immun və neyroendokrin sistemlərin düzgün işləməməsi, mitoxondrial disfunksiya, xroniki stress, fiziki hərəkətsizlik və normal qida qəbul etməmək daxildir.
Publika.az
Tarix: 8-11-2023, 22:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}