Həkimdən şok açıqlama: - Azərbaycanda ölüm statistikası düzgün aparılmır

Həkimdən şok açıqlama:
Son vaxtlar açıqlanan məlumatlara görə, Azərbaycan ürək-damar xəstəlikləri ilə bağlı dünya statistikasında ikinci yerdə qərarlaşır.

Cənubi Koreya, Yaponiya, Sinqapur, İsrail, Fransa kimi ölkələr isə siyahıda ən son yerlərdədir. Azərbaycanın ürək-damar xəstəlikləri ilə bir çox dünya ölkələrini geridə qoyması heç də birmənalı qarşılanmayıb.

Bu statistika xəstəliyin ölkəmizdə niyə bu qədər geniş yayılması, onu yaradan səbəblər, müalicə edilməməsi kimi faktorları da üzə çıxarır.

Doğrudanmı bu gün Azərbaycan dünyada ürək xəstəliyinə görə lider ölkələrdəndir?

Məsələ ilə bağlı invaziv kardioloq, tibb elmləri namizədi Üzeyir Rəhimov Cebhe.info-ya bildirib ki, Azərbaycanın ürək ölümü ilə bağlı dünyada ikinci yerdə olması barədə statistika yanlışdır:

“Azərbaycan ürək ölümü ilə bağlı o qədər pis yerdə deyil. Bu, sadəcə statistikanın doğru aparılmaması ilə bağlıdır. Belə ki, bütün ölümlər ürək ölümü adı ilə qeydiyyata keçdiyi üçün belə bir statsitika yaranır. Azərbaycanda bu barədə statistika olmadığı və bütün ölənlərin diaqnozuna “ürəyin dayanması” yazıldığı üçün qeydiyyata ürək ölümü kimi keçir. Məhz buna görə də Azərbaycan ürək ölümü ilə bağlı 1-ci yerdədir”.
Tarix: 1-12-2023, 22:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}