Qızılcaya yoluxmuş uşaqlar necə qidalanmalı? - Nənələrimizin təcrübəsini görməzdən gəlməyin!
Qızılca xəstəliyi yayıldıqdan sonra bu xəstəliyə yoluxmuş uşaqların qidalanması, hansı vitaminləri qəbul etməli olduğu sual yaradıb. Sputnik Azərbaycan-a bu barədə məlumat verən Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev bildirib ki, bununla bağlı son günlər sosial platformada çoxsaylı maarifləndirici videolar yayılsa da, valideynlər sırf pediatrların, infeksionistlərin tövsiyəsinə əməl etməlidir. Bəs qızılcaya yoluxmuş uşaq necə qidalanmalıdır?
Qızılcaya yoluxmuş uşaqlar nə yeməlidir?
N.Quliyev bildirib ki, qızılcaya yoluxmuş uşaqların bal, quru üzümlə bəslənməli olduğuna dair fikirlər doğru deyil. Onun sözlərinə görə, qızılcaya yoluxmuş uşaqlar sadəcə yüksək kalorili qidalarla bəslənməlidirlər.
"Bal səpgini daha da artıra bilər. Bilavasitə balın qızılcanın müalicəsində rolu yoxdur. Amma qızılcaya yoluxmuş uşağa gündə bir dəfə bir qaşıq bal vermək olar".
Qida əlavələrinin qəbulu düzgündürmü?
N.Quliyev onu da bildirib ki, qızılcaya yoluxmuş şəxslərə bir neçə vitaminin verilməsinin vacib olduğu ilə bağlı tövsiyələr də yalnışdır:
"Xəstə uşaqlara polivitaminlərin verilməsi risklidir, çünki, allergiya törədə bilər. Əgər uşaqda hər hansı vitamin çatışmazlığı yoxdursa, ona qida əlavəsi verməyə ehtiyac yoxdur. Çünki qida əlavələri allergiyaya səbəb ola bilər".
Kafedra müdiri, keçmiş baş pediatr bildirib ki, qızılcaya yoluxmuş uşaqlar çoxlu maye qəbul etməlidirlər. Onlar həmçinin yağlı qidalarla, süd və süd məhsulları, eləcə də meyvə-tərəvəzlə qidalana bilər. Amma bu bir yaşdan böyük uşaqlara aiddir.
N.Quliyev bildirib ki, qızılca dövründə uşağın qida rasionunda nə varsa hamısından qidalanması vacibdir.
Qızıl suyunun qızıl faydaları
Qeyd edək ki, qızılcanın müalicəsində el sınaqlarından istifadə ənənəsi hələ də qalmaqdadır. Nənələrimizin qızılcaya yoluxmuş uşağı qızıl suyunda yuyundurması yəqin ki, çoxunuzun yadındadır.
N.Quliyev bildirib ki, bəzən insanlar buna keçmişdən qalma ənənə, el inancları kimi baxsalar da, qızılcaya yoluxmuş uşağın qızl suyunda yuyundurulmasında məntiq var.
"Qızıl ikincili infeksiyanın qarşısını almaq üşün ən yaxşı üsuldur. Bakteriyalara qarşı qızıl və gümüşün effektiv təsiri var. Qızıl və gümüşün mikroba öldürücü təsiri sübut olunub. Ona görə də, səpgilər söndükdən sonra uşağın qızıl suyunda yuyundurulması məntiqlidir. Bir həftə və ya 10 gündən sonra qızılcaya yoluxmuş uşaqlar bu cür yuyundurula bilərlər".
Həkim həmçinin bildirib ki, keçmişdə qızılcaya yoluxmuş uşaqlara at südü vermək ənənəsi də olub:
"At südündə çoxlu sayda antiller var. Heyvanlarda antitel olduğu üçün onun südü qızılcaya yoluxmuş şəxslərin müalicəsinə müsbət təsir göstərir".
Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir.
Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli qızılcadan vəfat edib.
Tarix: 2-12-2023, 17:17
-
Bu gün, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Bu gün, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Bu gün, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Bu gün, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Bu gün, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Bu gün, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Bu gün, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Bu gün, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Bu gün, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Bu gün, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Bu gün, 10:59
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Bu gün, 10:42
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Bu gün, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Bu gün, 10:35
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Bu gün, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Bu gün, 09:10
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Bu gün, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Bu gün, 08:51
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Bu gün, 08:19
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Bu gün, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Bu gün, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Bu gün, 07:37
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Bu gün, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
-
Bu gün, 00:04
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
-
Bu gün, 00:03
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var… – YENİLƏNİB
-
Bu gün, 00:03
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
-
Bu gün, 00:03
“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – Video
-
Dünən, 23:12
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
-
Dünən, 23:08
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
-
Dünən, 23:07
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
{sape_links}{sape_article}