"TƏBİB, uşaq o qədər sümük sınığı ilə bir saat yarım sizi gözlədi, alaq həyətimizə hərəyə bir təcili yardım maşını qoyaq?"


Dünən gecə qonşumun uşağı balkondan yıxıldı. Guppultuya qaçdım ki, uşaq iki büklüm qalıb yerdə, ana şokda özünü çırpır.  İlk iş təcili yardıma zəng etdim. Bilin görək nə oldu? Gəlmədi! Düz 1.5 saat uşaq qaldı betonun üstündə, qanının içində. 7 dəfə zəng etdim, dedi gələcək. Gəlmədi. Uşağın sınıq-sınıq olmuş qolun, qıçın bir yerə toplayıb həyətdən tapdığımız taxtanın üstünə uzadıb, maşınla xəstəxanaya çatdırası olduq. Üstündən 3 saat keçəndən sonra, gecə yarısı bir xanım zəng edib mülayim səslə soruşdu ki, gələk, ehtiyac var? Dedim gəl, yata bilmirəm, gəl çay içək.
 
Pravda.az-ın xəbərinə görə, bunu sosial şəbəkə istifadəçisi Nərmin Hüseynzadə bildirib.
 
"Hadisənin şoku bir yana, təcili yardımın gəlməməsinin, o an hiss etdiyim əlacsızlığın şokundan çıxa bilmirəm. Düz bir sutkadır başım ağrıyır. Necə yəni, gəlmədi? Dedim axı, uşaq 2 ci mərtəbədən yıxılıb, ayaqları sınıb, qan axır, özündə deyil. Necə gəlməyə bilər? Təcili yardım belə bir çağırışa necə gəlməyə bilər? Necə? Niyə? TƏBİB, o uşaq, o qədər sümük sınığı ilə, bir saat yarım sizi gözlədi. Alaq həyətimizə hərəyə bir təcili yardım maşını qoyaq? Nə edək biz? Necə yaşayaq sizinlə eyni ölkədə? Yaşaya bilmirik axı..." - o qeyd edib.
Tarix: 4-01-2024, 09:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}