III qrup əllilik dərəcəsi veriblər və sənədinə də “iş qabiliyyətinin olduğu” yazılıb - ŞİKAYƏT

III qrup əllilik dərəcəsi veriblər və sənədinə də “iş qabiliyyətinin olduğu” yazılıb - ŞİKAYƏT


Şəmkir rayonu, Qaracəmirli kənd sakini, 44 günlük Qarabağ savaşının qazisi Paşayev Şahniyar Sulduz oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Hazırda səhhətində ciddi problemlər olduğunu deyən Ş.Paşayev, bu səbəbdən iş tapa bilmədiyini, üstəlik qanunsuz olaraq 539 manat cərimə olunduğunu bildirir.
Qarabağ qazisi onu da vurğulayır ki, ona II qrup əlillik dərəcəsi verilməli olduğu halda, III qrup veriblər və sənədinə də “iş qabiliyyətinin olduğu” yazılıb.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən “Hürriyyət”ə bildirildi:
“Şəmkir rayon sakini Paşayev Şahniyar Sulduz oğlu 18.06.2021-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ekspert-həkimləri tərəfindən əyani müayinə olunub. Tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş və əyani müayinə zamanı şəxsin faktiki vəziyyəti ümumi xəstəlik səbəbilə III dərəcə əlilliyə əsas verib.
20.12.2023-ci il tarixində Şahniyar Paşayevin əlilliyinin qiymətləndirilməsinə dair Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən yeni göndəriş rəsmiləşdirilib. Göndərişdə qeyd edilən əsas dizanoz və ağırlaşmalara əsasən, mövcud qanunvericiliyə uyğun olaraq orqanizm funksiyalarının 40% pozulması barədə qərar verilib”.
Qeyd edək ki, şikayətçinin redaksiyamız göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edirik:
Jalə FAMİLQIZI



 
Tarix: 15-01-2024, 21:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}