Repçi Camal Əlinin qohumlarını polisə aparıblar

Repçi Camal Əlinin qohumlarını polisə aparıblar Gənc fəal, rep musiqi ifaçısı, hazırda Almaniyada mühacirətdə olan Camal Əlinin qohumları Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Bu barədə Camal Əli facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, qohumlarının polisə çağırılmasının səbəbi sosial şəbəkələrdə yaydığı “Heykəl Baba” adlı repdir.


“Anamı Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Hal-hazırda oradadır. O biri qohumlarımı da ora gətirirlər. Əvvəlcə, dünən gəlib aparıblar Sabunçu Rayon Polis İdarəsinə. Deyiblər ki, oğlunuz mahnı yazıb, onu tuta bilmirik, sizi tuturuq. Şifahi xəbərdarlıq ediblər, deyiblər ki, mahnını silsin youtube-dan. Bu gün yenə gəliblər və bu dəfə artıq Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar”, o qeyd edib.

Camal Əli yazıb ki, “Heykəl Baba” repini sosial şəbəklərdən silmək fikri yoxdur.

“Mənim heç nəyi silmək fikrim yoxdur. İlham Əliyev istefa versin, mən də silim. Bir də paylaşıram! Haqq-ədalət yerini tapana qədər fəaliyyətimə davam edəcəm”, C.Əli bildirir.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən rokçu Camal Əlinin anasının və bəzi qohumlarının polisə aparılmasından xəbərsiz olduqlarını bildiriblər. Mətbuat xidmətindən deyiblər ki, hələlik, bu barədə onlarda məlumat yoxdur.

C.Əli 2007-ci ildə H.O.S.T qrupunda repçi kimi çalışıb. 2008-ci ildə qrupu tərk edib. 2012-ci il martın 17-də Bakıda hakimiyyət əleyhinə olan mitinqdə iştirak edərkən, polis tərəfindən həbs olunub. Azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edib. Hazırda Berlində yaşayır.

Qeyd edək ki, rəsmi Bakı insanların söz və ifadə azadlığına görə təqibə məruz qalmadığını, fundamental hüquq və azadlıqların təmin olunduğunu bildirir.
Tarix: 6-01-2017, 16:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}