Nazirlik sözçüsü: “Luca Volonte adda adam bizə məsləhət verməyib”

Nazirlik sözçüsü: “Luca Volonte adda adam bizə məsləhət verməyib” “Luca Volonte adda adam bizə məsləhət verməyib. Bizdə belə məlumat yoxdur”. Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzadlıqRadiosuna belə deyir.

Söhbət adı “kürü diplomatiyası” qalmaqalında hallanan, Azərbaycan hökumətindən rüşvət aldığı iddia edilən Luca Volonte-dən gedir.

“The Observer” yazır ki, italyalı deputat Luca Volontè 2,39 milyon avronu “Azərbaycana kənd təsərrüfatı sahəsində verdiyi məsləhətlərə görə alıb”.


“Bizdə belə məlumat yoxdur”

Nazirlikdən onlarda bu barədə məlumatın olmadığını deyirlər. AzadlıqRadiosu sualı bir daha dəqiqləşdirib:

“Luca Volonte italiyalı deputatdır, onun Azərbaycan hökumətindən rüşvət aldığı deyilir. İndi xarici mətbuat yazır ki, Azərbaycan hökumətinə kənd təsərrüfatı sahəsində verdiyi məsləhətə görə pul alıb”. Cavab dəyişməz qalır.

AzadlıqRadiosu bu dəfə aqrar məsləhətləşmənin aparıla biləcəyi başqa ünvanı – parlamenti yada salaraq soruşub: İtaliyalı deputat Azərbaycandakı həmkarlarına hər hansı məsləhət veribmi?

Nazirlik sözçüsü: “Luca Volonte adda adam bizə məsləhət verməyib”

Eldar Ibrahimov

“Eşitməmişəm. Bilmirəm”

Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov “Mənim xəbərim yoxdur heç nədən. Eşitməmişəm. Bilmirəm” deyə cavab verir. O, ümumiyyətlə, Luca Volonte-ni tanımadığnı, hətta adını da eşitmədiyini söyləyir.

Avropa Sabitlik Təşəbbüsü təşkilatı (ingiliscə qısa adı – ESI) «Kürü diplomatiyası» adlı araşdırmasında Azərbaycan hakimiyyətinin avropalı deputatlara rüşvət verdiyini, bununla da Azərbaycan əleyhinə qətnamə və sənəd qəbulunun önləndiyini bildirir. Bu işdə Avropa Şurası Parlament Assambleyası-nın haqqında cinayət işi açılan italiyalı deputatı Luca Volontè-nin vasitəçilik etdiyi deyilir. O, istintaqa söyləyib ki, bu məqsədlə 3 milyon avro alıb və həmkarlarına verib. Sənəddə istər Azərbaycandan, istərsə Avropadan olan ayrı-ayrı deputatların adları hallanır.

Sözügedən sənəddə iddia edilir ki, Azərbaycandan olan deputatlar rüşvət verərək Avropa Şurasında ölkə əleyhinə qətnamələrin qəbul edilməməsinə nail olublar. Siyasi məhbuslar üzrə məruzəçi Christoph Strässer-in hazırladığı hesabat da eyni aqibətlə üzləşib.
Tarix: 6-01-2017, 23:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}