Prezidentə müdhiş dosye: nazir böhranın cəngindəki rayonlara niyə getmir? - İddialar

Prezidentə müdhiş dosye: nazir böhranın cəngindəki rayonlara niyə getmir? - İddialar Azərbaycanın ən passiv naziri adını qazanmış Şahin Mustafayev barəsində ölkə rəhbərliyinə dosye təqdim olunduğu xəbəri yayılıb

İddialara görə, iqtisadiyyat nazirinin vətəndaşların müraciətlərinə biganəliyi, regionlarda vətəndaşlarla qəbul keçirməməsi narazılıq yaradıb.

Bu barədə Politika.Az-ın əldə etdiyi xəbərə görə, iqtisadiyyat naziri öz işini yarıtmır və ahəsi üzrə fəal çalışmır.


İqtisadi böhranla əlaqədar nazirlik tərəfindən prezidentə islahatlar paketi təqdim edilməli, regionlarda görüşlər keçirilmir, əhalinin, sahibkarların iqtisadi problemlıri öyrənilmir.

Prezidentə ünvanlanan müraciətlərdə qeyd olunur ki, Ş.Mustafayevi rayonlarda sakinlərlə görüş keçirən görən olmayıb.

İqtisadiyyat nazirinin əsas vəzifəsi bu gün çox aktualdır və ölkə iqtisadi böhranın cəngində ikən, əyalətlər problemlər girdabında boğulduğu halda nazir kabinetindən tərpənmir. Onun nadir hallarda çıxışını görmək mümkündür.

Redaksiyamıza da Lənkəran, Astara, Ağacabədi, Beyləqan, İmişli və əksər regionlardan müraciətlər ünvanlanır.

Habelə, ölkə rəhbərliyinə göndərilən məktublarda deyilir ki, iqtisadiyyat naziri energetika naziri kimi hərəkət edir və sanki ölkədəki sosial-iqtisadi proseslər onu maraqlandırmır. Yalnız Tarif Şurasının yadına qiymət artımı düşür ki, onda da nazir hər hansı açıqlama verməyib

Fərhad Əliyev və Heydər Babayevdən fərqli olaraq Şahin Mustafayev “lal nazir” kimi xarakterizə olunur. Onun fəaliyyətində xüsusi qeyd olunacaq bir məqam yoxdur.

Son bir neçə ildə üç iqtisadiyyat naziri dəyişib. Yolunu həbsxanadan salan Fərhad Əliyev, onu əvəzləyən Heydər Babayev və nəhayət, indiki nazir Şahin Mustafayev arasında müqayisə aparmaq belə qüsurludur. Onların ayrı-ayrı vaxtlarda nazirlik etdikləri bu sahədəki fəaliyyəti göz qabağındadır.

Ş.Mustafayev isə xələflərindən fərqli olaraq sanki iqtisadiyyat naziri deyil. Hətta Babayevin vaxtında inflyasiya yüksək olsa da, yaxşı-pis, ən azından onun nazir kimi fəaliyyəti var idi.

Ş.Mustafayev isə ölkədə baş verən iki devalvasiya ilə bağlı nə jurnalistlərə açıqlama verib, nə qiymətlərin tənzimlənməsi istiqamətində tapşırıqları var. Ümumiyyətlə, Azərbaycanda ən aktiv sahənin naziri ən passiv fəaliyyəti ilə seçilir.

Politika.Az
Tarix: 7-01-2017, 09:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}