Azərbaycana qarşı gizli qüvvə: Kremldəki bu qrupa kim rəhbərlik edir?

Azərbaycana qarşı gizli qüvvə: Kremldəki bu qrupa kim rəhbərlik edir? Akif Nağı: “Erməni diasporası”Zərdüşt Əlizadə: “İmperialist dairələr”

Rusiyalı politoloq Sergey Markov Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünün nəticələrini şərh edib. Siyasi ekspert bildirib ki, Rusiya və Azərbaycanın münasibətlərinin inkişafı müəyyən bir qüvvənin heç də ürəyincə deyil: “Rusiyadakı bu qüvvə dövlət orqanlarında, o cümlədən, Xarici İşlər Nazirliyində yerləşir. Onlar Rusiya və Azərbaycan arasındakı hansısa xırda problemi elə şişirdirlər ki, guya münasibətlər həddən artıq gərgindir".Ancaq Sergey Markov Rusiyanın siyasətinə təsir göstərə bilən həmin qüvvənin adını açıqlamayıb.
Azərbaycana qarşı gizli qüvvə: Kremldəki bu qrupa kim rəhbərlik edir?


Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, Rusiyanın siyasi dairələrində və diplomatik orqanlarında erməni diasporu mühüm yer tutur. Bu baxımdan, Rusiyanın Azərbaycanla əlaqələrinin inkişafına ən çox ermənilər mane olmağa çalışır: “Rusiyanın idarəetmə orqanlarında ermənilər kifayət qədərdir. Xarici işlər nazirinin özü Lavrov-Kələntərov Tiflis ermənisidir.Onun ətrafındakı kadrların bir çoxu ermənilər idi.Lavrov erməni siyasəti yürüdür.Ermənilərin də Rusiya siyasətinə təsiri güclüdür. Onlar ola bilsin ki, imkanlarından istifadə edib Rusiyanın Azərbaycanla münasibətlərinə mane olmağa çalışırlar”.
Azərbaycana qarşı gizli qüvvə: Kremldəki bu qrupa kim rəhbərlik edir?


Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, bütün imperialist dövlətlər kimi Rusiyada da digər xalqları sevməyən siyasi qüvvələr var:

“Rusiyanın hakimiyyət orqanlarında başqa xalqlara qarşı mənfi münasibət bəsləyən, onların hüquqlarını pozan imperialist qüvvələr əyləşib. Bu ənənə həmişə mövcud olub.Rusiyanın ətrafındakı ölkələrə baxsaq, görərik ki, Ukraynada, Gürcüstanda, Azərbaycanda, Moldovada münaqişələr yaradıb.Eləcə də Amerika Liviya, Sudan, Yəmən xalqlarının hüquqları ilə hec zaman razılaşmır.Rusiyanın post-sovet məkanında, o cümlədən, Cənubi Qafqaz siyasətinin əsas qayəsi münaqişə ocaqlarını yaratmaq, onu alovlandırmaq, dondurmaq və bölgəyə nəzarət etməkdir. Rusiya Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Krım, Donbas, Dnestryanı kimi münaqişələr vasitəsilə öz çevrəsindəki ölkələrdə nəzarəti ələ keçirir. Erməni xalqı özü də Rusiyanın əlində miskin bir alətə çevrilib.Lavrovdan əvvəl nazir İvanov idi, vaxtilə Primakov xarici işlər naziri olub.20 yanvarda Bakının qana boyanmasında Primakovun əli var. Yəni ümumi siyasət dəyişmir.Erməni diasporu Rusiya kimi böyük bir dövlətin siyasətinə təsir göstərmək gücündə deyil.

Erməni diasporasının adından imperialist siyasəti pərdələmək üçün istifadə olunur.Yaxud erməni diasporu Fransanın, Amerikanın xarici siyasətinə təsir etmək imkanında deyil.Ermənilər özləri Rusiyanın qarşısında diz çöküb kömək umurlar.Burada əsas rol oynayan və digər kiçik dövlətlərlə münasibətlərin düzəlməsinə mane olan əsasən imperialist dairələrdir”.

Müşfiq Abdulla
Tarix: 27-07-2017, 10:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}