“Hakimiyyətdaxili mübarizə son fazaya daxil olub”

“Hakimiyyətdaxili mübarizə son fazaya daxil olub” Əli Əliyev: “YAP-ın namizədinin kimliyi bu mübarizənin son durumuna aydınlıq gətirəcək”

“Bu dəfə ailənin bağqa namizədlə seçkilərə qatılacağı qənaətindəyəm”

Hakimiyyət daxilində ciddi gərginlik və qarşıdurmaların mövcudluğu zaman-zaman mediada səslənən fikirlərdən biridir.
Belə bir qarşıdurma həqiqətən də mövcuddurmu? Əgər mövcudsa belə, bu, hakimiyyət daxilində parçalanmaya səbəb ola bilərmi?

Anaxeber.az-a açıqlama verən VİP sədri Əli Əliyev hakimiyyət daxilində gərginliyin mövcudluğunu təsdiqlədi:

“Hakimiyyət daxilində nüfuz savaşının mövcudluğu, gərginliyin olması dəqiqdir. Son hadisəyə diqqət edək. Bakı şəhərinin meri haqda klipi nəzərdə tuturam. Hakimiyyətin bir qrupuna yaxınlığı ilə seçilən sənət adamları bir məmur haqda klip hazırlayıb, dövriyyəyə buraxırlar. Bu hakimiyyətdaxili ovqatdan xəbər vermirmi?
Yaxud son illərdə mətbuatdan rast olduğumuz olaylar. Ölkədə son 10 ildə 2 referendum keçirilib - 9 və 16-cı illərdə. Hər 2 referendum hakimiyyətdaxili münasibətlərin indikatoru, mübarizənin göstəricisidir. Fikrimcə, mübarizə son fazaya daxil olub. “18-ci il Prezident seçkilərində YAP-ın namizədi kim olacaq?” sualı mübarizənin daxili durumuna aydınlıq gətirəcək. 13-cü ildə prezident Əliyev namizəd məsələsində Moskvaya və daxili müxalif oliqarxiyaya birlikdə güc gələ bilmədi. Bu il yenidən mübarizə qızışmaqda, daxili münasibətlər gərginləşməkdədir. Son olaylar- ifşaedici yazılar, həbslər seçkiöncəsi vəziyyətin xarakterini göstərən ciddi əlamətlərdir. Şiddət getdikcə artacaq. Daxili bölünməyə gətirəcəkmi?- bax bu maraqlı məqamdır. Çünki daxili alternativlərin xarici dəstəyi güclüdür. Proses həlledici fazaya girdiyindən dəqiq proqnoz etmək çətindir. Ancaq açıq şəkildə etirazın olacağını düşünmürəm. Çünki iqtidardaxili müxalifət sıralarında xarizmatik fiquru görmürəm. Müxalifətə isə dəstək gələcəyinə isə cürət edəcəklərini duymuram. Bu dəfə ailənin bağqa namizədlə seçkilərə qatılacağı qənaətindəyəm. 13-cü ildən fərqli olaraq, maneə olacaq, lakin güc çatmayacağını hesab edirəm.
AnaXeber.az
Tarix: 8-09-2017, 09:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}