İrəvanın ümidi ölür: “Bakı ilə savaşda tək qalacağıq”

İrəvanın ümidi ölür: “Bakı ilə savaşda tək qalacağıq” Ermənilərin 50,67%-i Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün onlara xeyir gətirmədiyini düşünür.

Siam.az Axar.az-a istinadən xəbər verir ki, bu nəticə erməni ekspert Stepan Qriqoryanın Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuda iştirak edənlərin 45,33%-i isə Avrasiya İttifaqının ermənilərin həyatına müsbət təsir göstərdiyini bildiriblər. 37% erməni Ermənistan iqtisadiyyatının zəifləməsinin Avrasiya İttifaqı ilə bağlı olduğunu düşünmür.


Ermənilərin artıq Rusiyanın müttəfiqliyi ilə bağlı fikirləri də dəyişib. Belə ki, əhalinin yalnız 34,33%-i Rusiyanı İrəvanın əsl müttəfiqi sayır. 35,11% Moskvanın müttəfiqlik öhdəliklərini qismən yerinə yetirdiyini düşünür. Ermənilərin əksəriyyəti (40%) məhz Rusiyanın onların Avropa Birliyi ilə əlaqələrinə maneə yaratdığını hesab edir.

Dağlıq Qarabağ məsələsinə gəlincə isə respondentlər bu konfliktə Rusiyanın neqativ təsir (56%) göstərdiyinə inanırlar. Yalnız 40% şəxs bunun əksini fikirləşir. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkənin təhlükəsizliyinə təmin edirmi” sualına isə ermənilərin yalnız 15%-i müsbət cavab verib. 63,4% erməni isə, ümumiyyətlə, KTMT-nin Azərbaycanla savaşda Ermənistana yardım etməyəcəyinə inanır.

Qeyd edək ki, sorğu Ermənistanın Gümrü, Vanadzor, İrəvan, Vayke, Yeqeknadzor şəhərlərində və Azərbaycanın işğal olunmuş Xocavənd rayonunda aparılıb.

Siam.az
Tarix: 12-09-2017, 10:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}