ZƏRDÜŞT ƏLİZADƏ: "SAAKAŞVİLİ DEMOKRAT DEYİL..."

ZƏRDÜŞT ƏLİZADƏ: "SAAKAŞVİLİ DEMOKRAT DEYİL..." “Hakimiyyətdə olduğu dövrdə isə kifayət qədər avtoritar idi. Seçkilərin saxtalaşdırılmasında, cəmiyyətin əzilməsində, siyasi şəxslərin qətlində və s. avtoritar rejimi var idi"

"Saakaşvili demokrat deyil, siyasətçidir. O hakimiyyətdə olmağı sevir, demokratiya isə onun bu yoldakı alətidir”.


Bu sözləri "Sherg.az”a Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynada mitinqlərə başlamasından danışarkən politoloq Zərdüşt Əlizadə deyib.

O bildirib ki, M.Saakaşvili avtoritarizm əvəzinə demokratiya bayrağını qaldırıb, hakimiyyətə gəlib:

"Hakimiyyətdə olduğu dövrdə isə kifayət qədər avtoritar idi. Seçkilərin saxtalaşdırılmasında, cəmiyyətin əzilməsində, siyasi şəxslərin qətlində və s. avtoritar rejimi var idi. Sonra isə məcburən oynadığı demokratiya qaydalarına görə, daha çox vədlər verən "Gürcü Arzusu" blokuna məğlub oldu və ölkəni tərk etdi.

Ondan istifadə etmək istəyən Ukrayna prezidenti Pyotr Poroşenko isə Saakaşvilini Odessa vilayətinə təyin etdi. Saakaşvili tələb etdi ki, Poraşenko rüşvətin azaldılmasında ona yardımçı olsun. Prezidentlə qubernator arasındakı fikir ayrılığı Saakaşvilinin Poroşenkoya qarşı çıxmasına gətirib, çıxardı.

Saakaşvili indi Ukrayna içərisində öz tərəfdarlarını toplayıb, korrupsiya ilə mübarizə adı altında mübarizə aparır. Əslində o çalışır ki. Ukraynada siyasi liderə çevrilsin. Buna müvəffəq olub-olmayacağı sual altındadır. Amma Poroşenko sübut etdi ki, nəinki ağılsızdır, həm də qətiyyətsizdir”.

Qeyd edək ki, M. Saakaşvili ilk mitinqi sentyabrın 13-də Ukraynanın Çernovtsı şəhərində mitinq keçirəcəyini bəyan edib. "Facebook" səhifəsində bu barədə yazan eks-prezident "Ukraynada dəyişikliklər Çernovtsıdan başlanacaq", - deyə o qeyd edib.

M. Saakaşvili vətəndaşları saat 18.00-da şəhərin Mərkəzi meydanına çağırıb.

Ayyət ƏHMƏD
Tarix: 14-09-2017, 22:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}