Azərbaycanda sovet sistemi hələ də yaşayır - Çubays

Azərbaycanda sovet sistemi hələ də yaşayır - Çubays Rusiyada liberalizm yoxdur və heç vaxt da olmayıb.

Axar.az “Haqqin.az”a istinadən xəbər verir ki, bunu Rusiyanın mərhum siyasətçisi Anatoli Çubaysın qardaşı filosof İqor Çubays söyləyib. Onun sözlərinə görə, indiyə qədər Rusiyada yalnız liberal hərəkatın imitasiyası edilib:


“Liberalizmin imitasiyası 1991-ci ildən sonra başladı. Əslində postsovet məkanında özünü liberal deyə təqdim edən şəxslər belə liberalizmin nə olduğunu dərk etmirlər.

Mənə öz ölkəniz olan Azərbaycanda bir liberalın adını çəkin. Bizim problemlər həddən artıq dərindir. Bütün çətin vəziyyətə rəğmən rus xalqı hələ də öz simasını qoruyur. Bütün XIX əsr boyunca Rusiyada siyasi fikirlərinə görə, cəmi 41 nəfər edam edilib. XX əsrin ilk 30 ilində isə işıqlı sosialist gələcəyimizi qurmaq üçün biz 65 milyon insanı yoxa çıxardıq. Sovet sistemi heç hara getməyib, o hələ də yaşayır. Baltikyanı ölkələrdən başqa digər bütün keçmiş sovet dövlətlərinin hər biri sovet sisteminin yeni mərhələsinə daxil olub. Sovet sistemi dəyişməyib, hələ də yaşayır”.
Tarix: 16-09-2017, 08:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}