Rusiyanın ölkələri işğal edən “Qarabağ ssenarisi” - Yaroş

Rusiyanın ölkələri işğal edən “Qarabağ ssenarisi” - Yaroş Donbasda sülhməramlıların yerləşdirilməsi məsələsini Ukrayna həll etmir.

Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində Ukrayna millətçilərinin lideri deputat Dmitri Yaroş söyləyib.

“Bu məsələni bizim yerimizə Fransa, Almaniya, Rusiya həll edir. Hətta Belarus belə bu işdə bizdən üstündür. Ən azından Lukaşenko Minskdə danışıqlar üçün yer ayırıb.

Amerikalı senator bir müddət öncə tamamilə doğru ifadə səsləndirdi. O dedi ki, müharibəni sülhməramlıları buraya gətirməklə yox, buradan rus qoşunlarını çıxarmaqla bitirmək olar. Bu, həqiqətən məsələni həll edərdi”, – deyə o bildirib.

Yaroş Donbasdakı konfliktin dondurulmaması gərəkdiyini vurğulayıb:

“Konflikti dondurmaq lazım deyil. Postsovet məkanındakı konfliktlərin hamısı – Qarabağ, Dnestryanı, Cənubi Osetiya, Abxaziya – Rusiya ssenarisi ilə baş tutub. Bunlar hər zaman Rusiyanın xeyrinə başa çatıb. Bu konfliktlər həmçinin gerçəkləşdikləri ölkələrin stabilliyini pozub. Əgər biz Ermənistan və Azərbaycan arasındakı konfliktdən danışırıqsa, o zaman nəzərə almalıyıq ki, burada atəşkəs hər gün pozulur. Üstəlik, bu konflikt neçə ildir davam edir.

Dnestryanına nəzər yetirin. Rusiya buradan öz “sülhməramlıları”nı, əslində isə işğalçı kontingentini çıxarmaq istəmir”.
Tarix: 2-10-2017, 16:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}