Qanunvericiliyimizdə "milliyyət" sözü yığışdırıldı

Qanunvericiliyimizdə "milliyyət" sözü yığışdırıldı  Ümumi seçki hüququ maddəsinə dəyişiklik edilib

Seçki Məcəlləsinin 3-cü maddəsinə (Ümumi seçki hüququ) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən 3-cü maddədə "milliyyətindən" sözü "etnik mənsubiyyətindən" sözləri ilə əvəz edilib.


Mövcud variantda deyilir ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var.

Təklif olunan variantda deyilir ki, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var.

Qeyd edək ki, dəyişiklik Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib

Tarix: 2-01-2018, 08:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}