İran “baharı”: qonşunun içindən çalxalanması Bakıya nə vəd edir? - Pərdəarxası... ÖZƏL

İran “baharı”: qonşunun içindən çalxalanması Bakıya nə vəd edir? - Pərdəarxası...  ÖZƏL



Suriya məğlubiyyətini həzm edə bilməyən Birləşmiş Ştatların yeni “bahar”ı İrandır. Tehran, Məşhəd, Ərdəbil və başqa iri şəhərlər çalxalanır. Hər kəs indi bu sual üstündə baş sındırır: İran viran olacaqmı?
Vaşinqton və Tel-Əvivdən gələn dəstək mesajları da sevinc notları üzərində köklənib. Uranı zənginləşdirən dövləti illərdir yıxa bilməyən, teokratik rejimi dəyişməyə gücü çatmayan, iqtisadi sanksiyalarla bata bilməyən Qərb dünyası üçün əla fürsət yaranıb.
SİAM.Az yazır ki, İranı içindən dağıtmaq və kataklizmlər yaratmaq üçün dini, milli və iqtisadi əsaslar ola bilər. Lakin Tehran rejimi nə Suriya, nə Misir, nə də Yəmənə oxşamır.
Əksinə, Suriya və Yəmənin əlindən tutan, öz generallarını müharibədə qurban verən və xəritədə şiə izolyasiyası yaratmağa müvəffəq olan İranda dini idarəçiliyi demontaj etmək asan olmayacaq.

Doğrudur, yeni gənclik dalğası və müasir hərəkatlar, sosial şəbəkələr, dünyanın bir parçası olan İranda yeni nəslin dünyəviləşmək istəkləri molla rejiminin qarşısında əsas qüvvədir.
Necə ki, hadisələrdən az əvvəl qadınların geyiminə azadlıq verilməsi haqda qərar ciddi rezonans doğurmuşdu.
Digər tərəfdən isə mitinqlərdə sosial şüarların səslənməsi və anti-din çıxışların olmaması, proseslərin daha çox iqtisadi tələblər üzərindən cərəyan etməsi qarşıdurmaların qısa vaxtda yatırılacağı ehtimalını yaradır.
Qərb dünyası İrandakı toqquşmalardan istifadə etmək istəsə də, bu hadisələrin islahatçı Ruhani hökuməti ilə ali dini lider arasındakı ziddiyyətlərdən qaynaqlanması versiyası da yüksəkdir.
İkincisi, İranda anti-amerika ritorikası güclüdür. Hətta 30 milyon azərbaycanlı müstəqillik arzusunda olsa belə, ABŞ-ın maraqların uyğun olan vahid İran dövlətinin parçalanmasına xidmət etməyəcəklər.
Üstəgəl, Suriya savaşından qalib çıxan İrana bir yandan Rusiya, digər yandan şiə ərəb ölkələri, bura İraq, Yəmən daxildir, o cümlədən Çin, hətta uzaq Venesuela dəstək verməyə hazırdırlar. Eyni zamanda Avropa da İranla münasibətlərdə ehtiyatlıdır.
Ali dini rəhbər elan etdi ki, İrandakı çaxnaşma xarici düşmənlərin işidir. Yəni ölkədəki problemlərə görə məsuliyyəti tamamilə xarici dairələrin boynuna qoyan klassik müstəbid yanaşması.
Prezident Ruhani isə "hökumətə etiraz etmək, dinc kütləvi aksiyalar keçirmək insanların hüququdur" deyərək liberal-demokrat bir yanaşma ortaya qoydu.
İranda "islahatçı" adlandırılan mötədillərin ali dini liderin hakimi-mütləq olduğu vilayəti-fəqih sistemindən məmnunluq duymadığı məlumdur.
Hətta keçmiş prezident Rəfsəncani bildirirdi ki, bu sistemi dəyişmək və tək adamlığa son qoymaq lazımdır. İran elitasında bu mübahisələr davam edir.

Son olayların hansı tərəfin mövqelərini gücləndirəcəyi və ya əksinə, zəiflədəcəyi irandaxili proseslərin sonrakı inkişafı baxımından böyük önəm daşıyacaq.
İran təxminən hər 8-10 ildən bir qaynayır, bu ölkədə kiçik və böyük təlatümlər baş verir.
İran rəsmiləri sosial sahədə problemlərin olduğunu etiraf etsələr də, yürüşlərin arxasında xarici qüvvələrin və daxili düşmənlərin olduğunu iddia edir, hətta qətlə yetirilən 2 nəfərin xarici kəşfiyyat orqanlarının işi olduğunu bildirirlər.
İstisna etmək olmaz ki, işin içində həqiqətən İranın regional siyasətindən narazı qalan ABŞ, Səudiyyə Ərəbistanı və İsrail var.
Əgər İsrail kəşfiyyatı İranın daxilində nüvə çalışmaları aparan alimləri neytrallaşdıra bilibsə, bu ölkənin daxilində narazılıq yaratmaq kimi planı da hərəkətə gətirə bilərdi.
Ekspert Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan İranın daxili işlərinə qarışmır və qonşu dövlətdə sabitliyin tərəfdarıdır:
“Ancaq birincisi, İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilmərik, ikincisi də Tehranın Ermənistanla yaxınlığı, işğalçı dövlətə nəfəslik verməsi bizi narahat edir. İran “baharı”: qonşunun içindən çalxalanması Bakıya nə vəd edir? - Pərdəarxası...  ÖZƏL
Odur ki, İranda gələcək dəyişikliklərin bu ölkənin xarici siyasətinə təsir etməsini arzulayırıq. Əlbəttə, bu o demək deyil ki, İranda bu gün baş verənlər məntiqi sonluqla nəticələnəcək.
İran rejimi böyük ehtimalla mitinq və yürüşlərin qarşısını alacaq və insanları zorla da olsa küçələrdən yığışdıracaq.
Ancaq bu hadisələr İran hakimiyyətinə növbəti ciddi mesajdır və yaxın zamanda təkrarlanmayacağına zəmanət yoxdur”.
İranda öz haqları uğrunda mübarizə aparan azərbaycanlıların bu hadisələrə reaksiyası hələ ki, yekdil deyil.
Təbrizdəki və xaricdəki güneylilərin bəziləri deyirlər ki, “azərbaycanlılar da başlasınlar kütləvi etirazlara və gələcəkdə haqq paylarını almağa müvəffəq olsunlar”, daha böyük qismi isə deyir ki, “bu farsların öz aralarındakı oyunudur, bu oyunda alət olub güclərimizi itirməyək”. Hər iki tərəfin mövqeyində güclü və zəif arqumentlər var...

Siam.az
Şamxal
Tarix: 5-01-2018, 08:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}