İrəvanda anti-Kreml ritorikası: Üçlük ittifaqı Əliyevin yanında - Pərdəarxası…

İrəvanda anti-Kreml ritorikası: Üçlük ittifaqı Əliyevin yanında - Pərdəarxası…
Aprel savaşı erməni cəmiyyətində Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına olan inamı sarsıdıb

Palitika.Az-ın Analitik Mərkəzi yaydığı məlumatda belə qeyd olunur

İrəvanda yerləşən Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzinin başda İrəvan olmaqla Ermənistanın müxtəlif şəhərlərində 900 respondent arasında keçirdiyi sorğu nəticələrinə görə 34 faizi Rusiyanı əvvəlkitək strateji tərəfdaş sayarkən, 30 faiz əksini düşünür.


“Rusiya Ermənistanın təhlükəsizliyinin təmin edirmi” sualına verilən cavabdakı nisbət də məyusluqdan xəbər verir.

25 faiz düşünür ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edir, 30 faiz isə təmin etmədiyini bildirib.

Ermənilərin yalnız 31 faizi hesab edir ki, Azərbaycanla müharibə başlayacağı təqdirdə adı çəkilən təşkilat Ermənistanı qoruyacaq, 63 faizi isə “qorumayacaq” deyib.

Ermənilərə ən çox təsir edən odur ki, Rusiya Ermənistanı strateji tərəfdaş adlandırdığı halda Azərbaycana silah satır.
Erməni speratçıları vaxtilə Azərbaycan torpaqlarını Rusiya ordusu və kəşfiyyatı hesabına işğal ediblər, Moskva apreldə də 4 gündən çox savaşa imkan vermədi.

Ancaq ruslar erməniləri Azərbaycan ordusunun raket və snayper atəşlərindən qorumaq fikrində deyil.

Erməni separatçılarının yaydıqları son rəqəmlərə görə, işğalçı Ermənistan ordusunun 2017-c ildə 60 itkisi olub. Bu hələ açıqlanan rəqəmdir. “Yorucu müharibəyə” davam!

Palitika.Az-ın verdiyi xəbərə görə, Suriyada Rusiya-Türkiyə-İran üçlüyü formatında sabitlik nisbi də olsa təmin edildiyi kimi, bu birgə formatla Dağlıq Qarabağ problemini də çözmək mümkündür.

Azərbaycan Moskva-Ankara-Tehran konfiqurasiyasında geosiyasi nəzarət qütbünə çevrilir və regional siyasətdə onun rolu artır.
Ermənistan isə periferiyada qalacaq. İrəvan təcili şəkildə artıq çıxıb getməkdə olan qatara minməlidir. O zaman o, bölgənin geosiyasətində layiqli yerini tuta bilər.

5 rayonun qaytarılmasının tarixi dəyəri qat-qat böyükdür, nəinki hansısa seçki debatları... Həmçinin Kremlin ideoloqu Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın Türkiyə və İranla yaxınlaşmasında oynadığı rolu da xüsusi olaraq qeyd edilir

Azərbaycan rəhbərliyi dünyadakı qüvvələr nisbətində dəyişikliyi olduqca diqqətlə və dərindən dərk edir. 2017-ci ildə prezident İlham Əliyev sübut elədi ki, o, siyasətdə obyekt yox, subyektdir.

O sırada Rusiyanın Türkiyə və İranla yaxınlaşmasında, yeni strateji oxun yaradılması məsələsində o, böyük rol oynadı.

Dağlıq Qarabağ probleminin həll olunmasını da təxminən bu konstektdə düşünmək olar.

Çünki Dağlıq Qarabağ problemini Rusiya yaratmış olsa da, bu gün problemi təkbaşına həll etmək iqtidarında deyil.

Baxmayaraq ki, Azərbaycan, Ermənistan və digər postsovet ölkələrində hələ də münaqişənin həllinin yalnız Rusiya tərəfindən həll oluna biləcəyini düşünənlər var.

Qarabağ münaqişasi asan məsələ deyil. Çünki Ermənistan artıq Rusiya ilə bu məsələdə ikili oynamağa başlayıb.

Bir tərəfdən Rusiyadan maliyyə, iqtisadi, hərbi yardımlar alır, digər tərəfdən isə Qərblə oynamağa başlayıb.

Və son zamanlarda Avropa Birliyi ilə Ermənistan arasında strateji sazişin imzalanması faktı da bu reallığı sübut etdi.

Məlum oldu ki, Ermənistan təkcə Rusiyanın orbitində qalmaqla kifayətlənmir və Qərblə münasibətlərini də yaxşılaşdırmaqla, öz manevr imkanlarını saxlamaq istəyir.

Bu baxımdan düşünürəm ki, Qarabağ problemini məhz çoxqütblü dünyada bütün regional və qlobal güclərin maraqlarını nəzərə alaraq, həll etmək mümkün olar.
Tarix: 14-01-2018, 23:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}