Daha bir məmurun gedişi gözlənilir - Belə deyirlər...

Daha bir məmurun gedişi gözlənilir - Belə deyirlər...
Prezident İlham Əliyev yanvarın 12-də "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzaladı.

Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi yaradıldı.

Dövlət başçısının imzaladığı fərmanla Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov vəzifəsini itirmiş sayılır. Fərmanın imzalandığı gündən 1 həftədən artıq zaman keçsə də, hələ ki, yeni yaradılan Dövlət Dəniz Agentliyinin direktoru vəzifəsinə təyinat olmayıb.

Qlobal.az son illər ölkədə aparılan struktur islahatlarına nəzər salaraq və məlumatlı mənbənin sözlərinə əsaslanaraq qeyd edir ki, Dövlət Dəniz Agentliyinin direktoru vəzifəsinə Qüdrət Qurbanov yox, başqa bir şəxs təyin olunacaq.

Ehtimalımızı əsaslandıran amil isə 4 il öncə prezident İlham Əliyevin sərəncamı ilə "Bakı Metropoliteni"nin bazasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılması və yaradılan qurumun rəhbərliyinə yeni şəxsin təyin olunmasıdır.

Qeyd olunan səbəbə görə, Qüdrət Qurbanovun Tağı Əhmədovun taleyini yaşayacağı gözləniləndir.

Xatırladaq ki, Tağı Əhmədov "Bakı Metropoliteni"nin rəisi vəzifəsindən azad olunandan sonra, əmək fəaliyyətini Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri və Azərbaycan Dama Federasiyasının vitse-prezidenti vəzifələrində davam etdirir.

Qüdrət Qurbanova gəlincə, o, Dövlət Dəniz Administrasiyasının rəisi vəzifəsini itirmiş olsa da, Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının Prezidenti vəzifəsində çalışır.
Tarix: 20-01-2018, 11:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}