O zaman İrəvan Qarabağa əlvida deyəcək - Yepifantsev


“XX əsrin ən böyük soyqırımı türk millətinə qarşı törədilib və biz uzun illərdir erməni iddiaları barədə danışanlara arxivlərin açılmasını təklif edirik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahındakı arxiv sənədlərin sayı hazırda 1 milyon 700 minə çatır: bunlardan bir milyonu açıq sənəddir. Biz “Erməni soyqırımı” ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün arxivlərin açılmasını təklif edirik. İndiyə qədər isə bizim təklifimizi heç kim qəbul etməyib”, - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Axar.az xəbər verir ki, rus politoloq Andrey Yepifantsev nəyə görə ermənilərin “erməni soyqırımı” məsələsində tanıtıma ehtiyac duymasından və türklərin “türk soyqırımı” barədə sosial şəbəkələrdə az danışmasından bəhs edib:

"Hər kəs 1914-1921-ci illərdə yarım milyondan iki milyona qədər erməninin türklərin əli ilə öldürülməsi barədə tamamilə əsassız və normal olaraq şişirdilmiş erməni rəqəmlərini bilir. Digər tərəfdən isə türklər ermənilərin öldürdüyü qurbanların sayının heç də az olmadığını sübut edə bilər. Hər halda hesab edirəm ki, bu rəqəm istənilən mübahisədə 100-300 min arasında dəyişə bilər.

Mənə dəfələrlə türklərin nə üçün öz soyqırımları barədə danışmadıqlarını bildirərək etiraz edirlər. Budur, danışırlar. Digər məsələ, türklər üçün soyqırımın qəbul edilməsi ermənilərə görə ən azı üç parametrə görə tamamilə fərqlidir:

1. Onlar üçün bunun başlanğıcı heç də ermənilərlə deyil, 19-cu əsrin sonlarında və daha sıx şəkildə 20-ci əsrin əvvəllərində Balkan müharibəsi zamanı həmin ərazidə türklərin özlərinin əsrlər boyu etdiklərindən çox fərqlənməyən şəkildə yunanlar və cənub slavyanları tərəfindən öldürülmələri ilə başlanır.

2. Türkiyə “soyqırım” ifadəsinə ehtiyatla yanaşır, çünki onların özləri də bu məsələdə təqsirləndirilən qismində iştirak edir. Ancaq eyni vaxtda qurban da ola bilərlər!

3. Və ən əsası: Türklər üçün soyqırımın tanınması, xatırlanması və bu məsələnin beynəlxalq aləmdə qaldırılması bir o qədər də həyati önəm daşıyan məsələ deyil. Ola bilər ki, soyqırım məsələsi ermənilər - son dərəcə bölünmüş vəziyyətdə olan millət üçün ən güclü bağlayıcıdır. Budur, biz ruslar hələ də bağlantılarımızı axtarırıq. Ermənilər isə onu çoxdan tapıblar. Bu soyqırımdır və vacib deyil ki, məsələ öz təsdiqini tapacaq, ya yox. Xarici siyasət alətlərinin çatışmazlığı şəraitində türk və azərbaycanlılara təsir göstərmək üçün “erməni soyqırımı” çox vacib vasitədir. Və bu vasitə işləkdir.

“Soyqırım” məsələsini aradan götürsək, Ermənistan üçün ilk növbədə vacib olan diasporla əlaqələr zəifləyəcək, Ermənistana dəstək azalacaq. Və bu zaman İrəvan ən azı Qarabağa əlvida deməli olacaq...

4. Ölkələr “erməni soyqırımı”nı əksər hallarda Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir və bu məsələdə onun rəqiblərinin də müəyyən tələbləri var. Ermənistanın dünyadakı çəkisi Türkiyənin çəkisindən müqayisə olunmaz dərəcədə azdır və bu o deməkdir ki, tələblər də azdır. Ankara üçün müəyyən deyil ki, bu məsələ ilə məşğul olmağın nə anlamı var. Hərçənd aydındır ki, əgər Ermənistan və diaspor hələ də beynəlxalq hüquqa uyğun olaraq soyqırımın tanınmasına qərar verəcəklərsə, BMT məhkəmələrinə müraciət ediləcəksə, o zaman ermənilərin müsəlmanlara qarşı vəhşilikləri və qarşı tərəfin mülki itkisinin müqayisəsi istənilən halda qaldırılacaq. Dünya ictimaiyyəti isə buna təəccüblənəcək. Belə ki, onlar ən azı müqayisə edə biləcəklər.

Buna görə də vəziyyət artıq istifadə etdiyim misaldakı – canavarın sözsüz şəkildə şərin, Qırmızı papağın isə xeyirin rəmzi olduğu “Qırmızı papağın nağıl”ındakı kimidir. Həqiqətdə isə Qırmızı papaq canavardan daha qaniçən və qəddardır. Heç də canavardan geri qalmayaraq, onu öldürmək və məhv etmək istəyir".
Tarix: 25-01-2018, 13:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}