Marşal Sisi növbəti 4 ildə Misirə rəhbərlik etməyə hazırlaşır - onun arxasında Trampdan başqa, nələr var...


Bu həftə seçimlərə gedən Misir seçicisinin “alternativi yoxdur”, amma marşalın ciddi narahatlıqları var

Martın 26, 27 və 28-də Misirdə növbəti prezident seçkiləri keçiriləcək. Bu, 2013-cü ildə baş vermiş hərbi çevrilişdən sonra Misirdə ikinci prezident seçkisidir. 2014-cü ilin mayında baş vermiş seçkilərdə marşal Əbdülfəttah əs-Sisi qalib gəlmişdi, indiki seçkilərin də favoriti cənab Sisidir.

Qeyd edək ki, Misir 90 milyondan çox əhalisi və 60 milyon seçicisi ilə Yaxın Şərqin və Şimali Afrikanın ən böyük ölkəsi hesab olunur. 2011-ci ilin yanvarında Misirdə baş verən etirazlar fevralın 11-də prezident Hüsnü Mübarəkin istefa verməsi ilə nəticələndi. Bundan sonra ölkə tarixində ilk dəfə azad və ədalətli seçkilər keçirildi, parlamentdə bir çox siyasi qüvvələr təmsil olundu. 2012-ci ilin yayında keçirilən seçkilərdə “Müsəlman Qardaşlar” Hərəkatının namizədi Məhəmməd Mursi prezident seçildi. Ancaq Mursi sadəcə bir il vəzifədə qala bildi. 2013-cü il iyulun 3-də Mursinin fəaliyyətindən narazı olan ordu və keçmiş hökuməti dəstəkləyən siyasi qüvvələr bir araya gələrək hərbi çevriliş həyata keçirdi. Mursi həbs olundu, hökumət isə yenidən ordunun nəzarətinə keçdi. 2014-cü ilin mayında baş tutan prezident seçkilərində ölkəni faktiki olaraq idarə edən marşal Ədülfəttah əs-Sisi Misirin yeni prezidenti seçildi.

ÐаÑÑинки по запÑоÑÑ Sisi Misirin yeni prezidenti seçildi.

Hazırkı seçkilərdə isə Sisinin demək olar ki, ciddi rəqibi yoxdur. Hətta ordudan namizədliyini irəli sürən bir generalı komandanlıq həbs etdi bir neçə ay əvvəl. Hazırda Sisinin əsas rəqibi əl-Ğad (Gələcək) Partiyasının sədri Musa Mustafa Musadır. Əl-Ğad qərbyönümlü liberal partiyadır. Bu isə Misir reallığında Sisinin üstünlüyü deməkdir, çünki dünyəvi liberal bir partiyanın hazırkı siyasi elitaya qalib gəlməsi mümkün deyil.

Ancaq indi Misir hakimiyyəti üçün əsas təhlükə siyasi partiyalardan deyil, gözlənilməz rəqiblərdəndir. Prezident Sisi bir neçə dəfə sosial şəbəkələrdən şikayətlənib. Real siyasi rəqabət mühiti olmasa da, əsasən sosial şəbəkələrdə Misir hakimiyyətinə qarşı ciddi bir müxalif fikir var. Bu. Təxminən “ərəb baharı”ndan əvvəlki dövrü xatırladır. Üstəlik internetdəki narazıların konkret siyasi təşkilatı da yoxdur (ən azı üzdə - K.R.) və bu amil də Misirin hakimiyyətini qorxudur.

ÐаÑÑинки по запÑоÑÑ misir bayragi

Mirisin indiki iqtidarını narahat edən ikinci amil isə iqtisadi vəziyyətin ağırlığıdır. Bir kənd təsərrüfatı ölkəsi olan Misirdə əhalinin həddən artıq sıxlığı ciddi problemdir. Misirdə kənd təsərrüfatı əsasən Nil çayının sahili boyunca ölkənin cənubundan şimala doğru bir zolaqdadır. Qalan ərazilər isə səhradır. Bu səbəbdən də 90 milyondan çox əhalisi olan və sürətlə artan Misir indi daha çox başqa mənbələrdən “qidalanır”. “Ərəb baharı”na qədər Misir əhalisinin bir qismi qonşu ərəb ölkələrində, xüsusən də Səudiyyə Ərəbistanı, Liviya kimi ölkələrə gedərək orda çalışırdı. Ancaq müharibələr və terror bu imkanları xeyli məhdudlaşdırıb, Liviyadakı 2 milyon misirlinin böyük qismi geri qayıtmağa məcbur olub.

Ölkə iqtisadiyyatının əsas gəlir sahələrindən biri olan turizm isə iki il əvvəl Şarm əş-Şeyxdın Sankt Peterburqa uçan və içərisində rus turistləri olan təyyarənin İŞİD tərəfindən partladılmasından sonra ciddi zərbə alıb. Hətta bir dönəm turist sayı 70 faizə qədər azaldı. Misir hökumətinin cəhdlərinə baxmayaraq hələ də əvvəlki vəziyyətə qayıtmaq xəyal olaraq qalır.

Misirin digər mühüm gəlir qaynağı isə Süveyş kanalından əldə olunur. Ümumilli gəlirin 20 faizinin əldə olunduğu Süveyş kanalı dünya dəniz ticarətinin 14 faizinin həyata keçirildiyi ən böyük dəniz keçididir. Misir iqtisadiyyatında kanalın böyük rolu var.

Mütəxəssislərə görə. Kanalın təmir olunub iş imkanlarının böyüdülməsi nəticəsində 1 milyon yeni iş yeri yarana bilər.

Digər region ölkələri kimi Misirdə də son iki ildə 30 faizdən çox inflyasiya qeydə alınıb. Devalvasiyanın həcmi isə 50 faiz civarındadır.

Maraqlıdır ki, Misir hökuməti devalvasiyanın qarşısını almaq üçün valyutadəyişmə məntəqələrini bağlayıb. Ancaq bu tədbir əks nəticə verib və Misirdə “qara bazar” güclənib, dollar daha da bahalaşıb. Beynəlxalq Valyuta Fondu isə Misirə kredit ayırmağa razılıq verib. Ancaq bunun üçün Qahirənin bəzi “kəmərsıxma” fəaliyyətləri tələb olunur.

ÐаÑÑинки по запÑоÑÑ Misir hökumÉti devalvasiya

Hələliksə Əbdülfəttah əs-Sisinin Misirdə alternativi yoxdur. Daxildə ciddi təhlükəsizlik qayğıları olan, strateji Sina yarımadasında İŞİD-in mövcudluğu, iqtisadi vəziyyətin ağırlığı Misir üçün ciddi sınaqdır. Üstəlik bölgədə siyasi proseslər hər zaman olduğu kimi qaynardır. Və daha da “isinməkdə” davam edəcək. Misir həm bölgədə rolunu gücləndirmək, ərəb müttəfiqləri ilə birgə hərəkət edib iqtisadi dəstək almaq, həm də daxildə sabitlik və iqtisadi vəziyyəti normallaşdırmaq qayğıları var.

Vaşinqton isə illərdən sonra yenidən Qahirə ilə “saatlarını tutuşdurur”. Bu ayın əvvəlində Sisi Vaşinqtona ilk səfərini edib, Obamadan fərqli olaraq, Tramp tərəfindən yüksək səviyyədə qarşılanıb və dəstək görüb. Tramp deyib ki, Sisi ilə tam anlaşma içərisindədirlər və Vaşinqton Sisinin arxasındadır. Bu isə Misir prezidenti üçün ciddi dəstəkdir.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

ÐаÑÑинки по запÑоÑÑ Trump sisi

Tarix: 23-03-2018, 21:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}