Sərdar Cəlaloğlu ermənipərəst Mehriban Sadıqova barədə: O qadının verdiyi bəyanat siyasi cəhətdən düzdür”.


"AzərRos”un prezidenti Mehriban Sadıqova yenidən ermənilərlə bağlı şok açıqlamalarla çıxış edib. O, Rusiya televiziyasına müsahibəsində ermənilərlə azərbaycanlıların hər zaman dost olduğunu bildirib və tərəflər arasında hər hansı problem olmadığına işarə edib. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin Rusiyada yaşayan azərbaycanlı və ermənilərlə heç bir bağlılığının olmadığını iddia edib.

Xatırladaq ki, bu günlərdə Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızının erməni biznesmenlə evlənməsinə haqq qazandırması da kəskin ictimai qınağa səbəb olmuşdu. Erməni ilə qohum olduğuna haqq qazandıran Ağadadaş Kərimovu bu açıqlamasına görə dəstəkləyənlər də az deyildi. Həmin vaxt məhz Mehriban Sadıqova da qızını erməniyə ərə verən azərbaycanlı sədrin fikirlərinə haqq qazandırmışdı. 

Erməni xalqı barədə yüksək fikirlər sərgiləyən Mehriban Sadıqovanın bu dəfəki açıqlaması ictimaiyyətdə ciddi müzakirələr yaradıb. 

Müzakirələrdə "AzərRos”un prezidentinin növbəti dəfə də düşmən ölkə və milləti haqqında yüksək rəy formalaşdırılması etiraz doğurub. 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında deyib ki, burada iki məsələni bir-birinə qarışdırmaq olmaz: 

“Dağlıq Qarabağ münaqişəsi siyasi məsələdir. Xalqlar arasındakı məsələ isə milli məsələdir. Ermənistanda hamı bilir ki, Azərbaycan torpaqlarını qoparmaq istəyən ermənilər deyil. Sadəcə onlar bəlli bir siyasət aparır. Təbii ki, biz ermənilərlə kompromisə gedə bilərik. Xalqlar əbədi düşmən olmur. Məsələn, almanlar 50 milyon rus öldürdü. 5 milyon da alman öldü, amma bu gün qardaşdırlar. Bu baxımdan əbədi düşmənçilik yoxdur. Əgər biz açıq desək ki, ermənilər bizim düşmənimizdir, o zaman Dağlıq Qarabağdakı ermənilər bizi qəbul etməzlər. Hansı ki, biz də iddia edirik ki, Dağlıq Qarabağdakı ermənilər bizim vətəndaşlarımızdır. Mütəmadi olaraq, bu cür bəyanatlar verməliyik ki, ictimaiyyət düşünməsin ki, guya ermənilər bizim tərkibimizə qayıdacaq və biz onları məhv edəcəyik. Siyasi cəhətdən o qadının verdiyi bəyanat düzdür”.

Alçina Amilqızı

Tarix: 2-06-2018, 15:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}