Paşinyan Qarabağın həlli üçün hazır deyil, ABŞ isə... – Brayza

  


   
Ermənistanın yeni baş nazirinin Qarabağ konfliktinin həlli prosesində yeni nəsə etmək üçün yetərli hakimiyyəti yoxdur.
Bunu “Haqqin.az” saytına açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
“Hələlik, Paşinyanın Qarabağ konfliktinin həllinə yeni yanaşma təklif etməsi mümkün görünmür. Qarabağda hanısısa dəyişikliklərdən qorxan Serj Sərksiyandan fərqli olaraq, Paşinyan daha cəsarətli və qətiyyətli adamdır. Əsas sual onun özündən əvvəlki siyasi sistemi sındırmağı bacaracağı məsələsidir”, – deyə o bildirib.
Brayzaya görə, hələlik ABŞ Prezidenti Donald Tramp üçün Cənub Qafqaz və Qarabağ məsələsi maraqsızdır:
“Buş və Obama bu konflikti həll etməyə cəhd etdilər, amma Tramp buna diqqət ayırmaq istəmir. Lakin hər bir halda ABŞ prezidentinin iştirakı olmadan Qarabağı həll etmək mümkünsüzdür”.
Tarix: 2-06-2018, 16:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}