Sadıqova ilə İbrahimbəyov Azərbaycana qarşı birləşdi – Yeni ittifaq yaradılır – FOTO

 Mehriban Sadıqova Rüstəm İbrahimbəyovla birlikdə Azərbaycan əleyhinə yeni ittifaq yaratdı.

Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqova kinorejissor Rüstəm İbrahimbəyovla birlikdə yeni layihənin həyata keçirilməsi üçün danışıqlara başlayıb.

Hurriyyet.org xəbər verir ki, Diaspor.az-ın əldə etdiyi məlumata görə, siyasi cütlük bununla bağlı bir neçə gün bundan öncə Rusiyanın paytaxtı Moskva şəhərində görüş təşkil edib.

Görüşdə onların birlikdə yeni ittifaq qurmaları ilə bağlı müzakirə aparılıb. Görüşdə Azərbaycanının bugünkü durumu müzakirə olunub. Siyasi cütlük qəbul etdikləri qərarla birlikdə ərsəyə gətirdikləri yeni ittifaqı təsis ediblər. Yeni ittifaqın nizamnaməsini hazırlayan İbrahimbəyov və Sadıqova cütlüyü Azərbaycana, Azərbaycan hakimiyyətinə və azərbaycançılıq ideologiyasına qarşı çıxmağı əsas prinsip olaraq qəbul ediblər.

Qeyd edək ki, bu görüşdən bir gün əvvəl isə “AzərRos” prezidenti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir təşkil edib. Tədbirdə çıxış edən M.Sadıqova R.İbrahimbəyovu Rusiyada yaşayan azərbaycanlıların ağsaqqalı kimi təqdim edib. Eyni zamanda, bu günlərdə M.Sadıqovanın erməni diasporunun sədri Ara Abramyan, Rusiyadakı ləzgi cəmiyyətinin (SADVAL) sədri Arif Kərimov və Rusiyadakı Gürcü Milli-Mədəni Muxtariyyətinin sədri George Çurçumia ilə birgə görüşü də baş tutub. Onların M.Sadıqova ilə birlikdə səmimi görüntüləri də yayılıb. Məlumatda qeyd olunur ki, Sadıqova sözügedən diaspor sədrləri ilə birlikdə yeni layihələr üzərində işləyir.

Onu da qeyd edək ki, M.Sadıqova ermənilərlə azərbaycanlıların hər zaman dost olduğunu bildirib. Rusiya televiziyalarından birinin efirində qonaq olan M.Sadıqova Dağlıq Qarabağ münaqişəsinin Rusiyada yaşayan azərbaycanlı və ermənilərlə heç bir bağlılığı olmadığını iddia edib. O, ermənilərlə Azərbaycan xalqının dost olduğunu vurğulayıb.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filminin ssenari müəllifidir. Onun bu filmində Azərbaycan xalqı “vəhşi”, “qəddar”, “riyakar”, “mədəniyyətsiz”, “milli kökləri olmayan” obrazda, ermənilər isə “ailicənab”, “sülhsevər”, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İbrahimbəyovla Sadıqova Azərbaycana qarşı birləşdi - Yeni ittifaq yaradılır - FOTO


İbrahimbəyovla Sadıqova Azərbaycana qarşı birləşdi - Yeni ittifaq yaradılır - FOTO


İbrahimbəyovla Sadıqova Azərbaycana qarşı birləşdi - Yeni ittifaq yaradılır - FOTO


İbrahimbəyovla Sadıqova Azərbaycana qarşı birləşdi - Yeni ittifaq yaradılır - FOTO




Tarix: 5-06-2018, 03:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}