“Arif Rəhimzadəyə deyin ki, hələ sovetlər qurulmamışdan qabaq Azərbaycan da dövlət qurulmuşdu!"







Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Arif Rəhimzadənin “Azərbaycan dövlətini sovet hakimiyyəti qurub” ifadəsi çox ciddi etiraza səbəb olub. 

Bununla bağlı Moderator.az saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, ruslar uzun illərdi Azərbaycan dövlətini parçalamaqla, daxıtmaqla, işğal etməklə məşğul olub: “ Necə yəni sovetlər bizə dövlət qurub? 28 may tarixində cənab prezident İlham Əliyevin keçirdiyi Cümhuriyyətimizin 100 illik yubleyində Arif Rəhimzadə də iştirak edirdi. Prezident öz çıxışında xüsusi olaraq qeyd etdi ki, bu gün qurur hissi ilə deyir ki, Azərbaycan Şərqdə ilk dəfə Cümhuriyyət quran dövlətdir! Parlamentli respublkanı biz bütün müsəlman və türk dövlətlərindən öncə qurmuşuq. İlham Əliyev qeyd etdi ki, Azərbaycanı 1920-ci ildə işğal etməsəydilər, bu gün Azərbaycan dünyanın ən varlı dövlətləri sırasında idi! Arif müəllim bilməlidir ki, sovet sosialist respublikası 1922-ci ildə qurulub, buna qədər isə, Azərbaycanın min illik dövlətçilik tarixi olub. Müxtəlif adlarda. Manna, Mediya, Atropataniya, Atabəylər, Səfəvilər və s. Bu dövlətlər bu ərazilərdə qurulub həmin ərazidir. Millət də həmin millətdir! Mən özüm də sovet zamanı anadan olmuşam. 1977-ci ildə Bakı şəhərində anadan olmuşam. Sovet hakimiyyətində çalışan insanlara heç kim düşmən kimi baxa bilməz və baxmır da. Mənim valideyinlərim də o dövrdə öz zəhmətləri ilə işləyiblər, çalışıblar. Sovet dövrünün xalqımız üçün çox böyük işləri olub. Bir faktı demək yetərlidir. Bütün kəndlərdə kütləvi şəkildə təhsilin məcburi verilməsi. Və s. Ancaq biz bir xalq olaraq 73 il sovetlərin əsarətində yaşamışıq. Və heç zaman öz milli kimliyimizi, kim olduğumuzu unutmamışıq. Elə bunun səbəbidir ki, bir əsrdə iki dəfə - 1918-ci ildə Demokratik Cümhuriyyyəti və 1991-ci ildə Azərbaycan Respublikasını  qurduq və bu günə kimi də yaşatdıq! Arif Rəhimzadə çox yaxşı bilir ki, Qarabağı da işğal edən və bu günə kimi bu vəziyyətdə saxlayan da Rusiyadır. Biz Rusiya ilə düşmən niyyətində olmaq fikirində deyilik. Sadəcə, demək istəyirəm ki, xalqımız kimin kim olduğunu çox yaxşı bilir.
Tarix: 5-06-2018, 21:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}