ABŞ dövlət katibindən sərt açıqlama: "Rusiya aqressiv davransa biz qisas alacağıq"


ABŞ dövlət katibindən sərt açıqlama:
Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden mümkün bir görüşdə Rusiya dövlətinin başçısı Vladimir Putinlə ikitərəfli münasibətlərin normallaşdırılmasını müzakirə etmək niyyətindədir. 
 
Moderator.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Londonda Böyük Britaniyanın xarici işlər naziri ilə keçirdiyi ortaq mətbuat konfransında açıqlayıb.
 
Onu sözlərinə görə Prezident Bayden çoxdan - Prezident seçilmədən əvvəl də açıq şəkildə bildirib ki, Rusiya aqressiv davranmağı seçsə, biz qisas alacağıq: “Lakin biz ikitərəfli münasibətləri gərginləşdirməyə çalışmırıq. Rusiya bu istiqamətdə irəliləyirsə, biz də hərəkət edirik. Düşünürəm ki, Prezident Bayden Prezident Putinlə görüşəndə bu barədə birbaşa danışmaq fürsəti əldə edəcək”.
 
O, ikitərəfli əməkdaşlığa nümunə olaraq, fevral ayında Rusiya və ABŞ arasında imzalanmış Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqaviləni (START - Strategic Arms Reduction Treaty) qeyd edib: “Həqiqətən də, əməkdaşlıq yollarının axtarılmasının hər iki ölkənin maraqlarına cavab verdiyi sahələr var. Dərin fikir ayrılıqlarımıza baxmayaraq, strateji sabitlik bu siyahının başında durur. Biz yeni START Müqaviləsini beş il uzada bildik. Başqa fürsətləri axtaracağıq, amma bu, Rusiyanın nə etməyə qərar verdiyinə bağlıdır”.
 

Tarix: 3-05-2021, 23:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}