Araik Laçından keçib bu gecə Paşinyanın baş seçki qərargahında peyda oldu...-FOTO+VİDEO

Araik Laçından keçib bu gecə Paşinyanın baş seçki qərargahında peyda oldu...-FOTO+VİDEO
O və Paşinyan komandasındakı yoldaşları seçkilərin nəticələrini yekunlaşdırır...
 
“Qarabağı Nikolay Paşinyana ötürməkdə günahlandırılan Artsax prezidenti Araik Arutyunyan hazırda İrəvanda, özü də  Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş həmrəyliyi” blokunun baş qərargahındadır”.
 
Moderator.az xəbə verir ki, bu informasiyanı gecə saatlarında qəsbkar Ermənistanın “Qrapak” nəşri yayıb.
 
“O və Paşinyan komandasındakı yoldaşları seçkilərin nəticələrini yekunlaşdırır. Fotoşəkildə Arutyunyan, Romanos Petrosyan(Ermənistanın Ətraf Mühit naziri-S.L.), Qurgen Arsenyan( tanınmış biznesmen və Serjik Sərkisyanın partiyasından keçmiş deputat-S.L.) və başqalarıdır”- deyə erməni internet-qəzeti yazır.
 
"Dezertir" teleqram-kanalı A.Arutyunyanın İrəvandakı video-görüntülərini də yayıb. Jurnalistlərin  onun seçki qərargahına girmək hüququnun olmadığını xatırladaraq buraya nə məqsədlə gəlməsi haddakı sualına cavab olaraq Araik "buraya şəxsi işlərim üçün gəlmişəm" cavabını verib və sonra qərargahı tərk edib.
 
Xatırladaq ki, Araik Arutyunyan II Qarabağ savaşındakı qələbəmizdən(!) sonra Azərbaycan Respublikasının Rusiya hərbi kontingentinin nəzarətində qalan ərazisindəki separatçı-terrorçu erməni rejiminin tör-töküntülərinin başçısıdır. O, hələlik Laçındakı sərhəd-keçid məntəqəsindən Ermənistana sərbəst gedib-gəlir...

 
Sultan Laçın

Tarix: 21-06-2021, 09:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}