"Təklif olunan dəyişikliklər narazılıqları artıra bilər" - Qənirə Paşayeva


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mülki Prosessual Məcəlləyə (MPM) təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edərək cəmiyyəti bu mövzuda narahat edən məsələləri diqqətə çatdırıb və müvafiq qurumlara çağırış edib.
Xatırladaq ki, təklif edilən 174.5-ci maddəyə görə, hakimlər məhkəmə işində iştirak edən tərəfin, onun qanuni nümayəndəsinin və vəkilinin 500 manata qədər məbləğdə cərimə edə bilər.
MPM-nin əlavə edilən 177.3-cü maddədə isə məhkəmlərə müraciətlərlə bağlı dövlət rüsumlarının artırılmasını nəzərdə tutur. Yəni məhkəmədə iddia qaldıran vətəndaşın ödəyəcəyi rüsumun məbləği də xeyli artırılır.
Vəkillər, hüquqşünaslar, hətta Vəkillər Kollegiyasının sədri də parlamentdə birinci oxunuşdan keçmiş əlavələrə etirazlarını bildiriblər. Qeyd olunur ki, bu təkliflər mahiyyət etibarı ilə Konstitutsiya normalarına və digər qanunvericilik aktlarına ziddir.
Q. Paşayeva bildirib ki, Cinayət Məsələlərində hər bir vətəndaş dövlət hesabına bütün məhkəmə instansiyalarında dövlət hesabına vəkillə təmin olunur: "Amma mülki işlərdə vətəndaşlarımız bu hüquqdan yalnız Ali Məhkəmədə istifadə edə bilirlər. Ona görə də kasıb insanların digər məhkəmə instansiyalarında da dövlət hesabına vəkillə təmin olunması vacibdir".
Millət vəkili layihədə nəzərdə tutulan cərimələr və onların məbləği məsələsinə də etiraz edərək "bu narazılıqları artıra bilər" deyib.
Q. Paşayeva ikinci oxunuş müzakirələrinə qədər bu məsələyə təkrar baxılması təklifi ilə çıxış edib.
"AzPolitika.info"
Tarix: 28-06-2021, 22:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}