Mübariz Mənsimov işə çıxdı - FOTOLAR



Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ev həbsi üzərindən götürüldükdən sonra ilk gün işə çıxıb.
 

Siam.az-ın xəbərinə görə, bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva öz feysbuk hesabında məlumat verib.
 
Mübariz Mənsimov işə donüşü ilə əlaqədar əməkdaşların qarşısında çıxış edib: “350 gün nələr yaşadığınızı bilirəm. Artıq yeni səhifə açırıq. Geriyə, keçmişə də baxmadan yalnız irəli gedəcəyik. İnanıram, daha yaxşı günlər bizi gözləyir”.
 
Xatırladaq ki, ötən ilin martında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılan M. Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.
 
İş adamı iyunun 29-da İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.
 
 
 



Pravda az
Tarix: 5-07-2021, 16:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}