Deputat: "İsraildə səfirlik açmaq bizim suveren, hətta, gecikmiş hüququmuzdur"


“Azərbaycan 44 gün ərzində humanitar hüququn bütün tələb və prinsiplərini rəhbər tutaraq savaşdı və tarix yazdı”

Bu barədə “Sherg.az”a millət vəkili Bəhruz Məhərrəmov deyib. 

Deputat bildirib ki, 44 günlük müharibə bizə yalnız düşmən və havadarları üzərində zəfər gətirmədi. Vətən müharibəsi həm savaş, həm də post-münaqişə dövründə dost və düşmənlərimizin kim olduğunu əməli surətdə bizə göstərdi: 

“Bu dövrdə haqqın tərəfində duranlardan biri dost və qardaş İsrail dövləti oldu. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan-yəhudi qardaşlığı Milli Qəhramanımız Albert Aqarunovun simasında onsuz da sınaqdan çıxmışdı. 44 günlük savaş isə Azərbaycan və İsrailin dar günün dostları olduğunu bir daha ortaya qoydu. Ən azından bu amilləri rəhbər tutaraq hesab edirəm ki, qısa zaman ərzində Azərbaycan İsraildə öz səfirliyini açmalıdır. Dost İsraildəki diplomatik korpusda özünün həmişə arzu olunan, həsrətlə gözlənilən layiqli yerini tutmalıdır. Unutmayaq ki, İsraildə səfirlik açmaq bizim suveren, hətta, gecikmiş hüququmuzdur. Bu hüquq hamılıqla qəbul edilmiş beynəlxalq  normalarda nəzərdə tutulan prinsiplərə, xüsusən də dövlətlərin əməkdaşlığı öhdəliyinə əsaslanır. İndiki məqamda reallaşdırılması bölgədə sülhü təhdid edən şər qüvvələr üçün də ən tutarlı cavab olar”.
Tarix: 26-09-2021, 18:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}