Minsk qrupunun “daldan atdığı daş topuğa dəyir” – “Öz missiyasını itirib”


“30 il ərzində münaqişənin həllini dondurub beynəlxalq turizmlə məşğul olan qurumdan heç bir nəticə gözləmirəm”

“Minsk qrupu dondurucu funksiyasını yenə davam etdirmək istəyirsə, başqa məkandan keçməlidir”

Həmsədrlər Bakı və İrəvana dialoqla bağlı çağırış ediblər. Onlar ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər orqanlarının rəhbərləri vasitəçilərin himayəsi altında Bakı və İrəvan arasında birbaşa dialoqa tərəfdar olduqlarını bəyan ediblər:

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ Dövlət katibi Entoni Blinken, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan və Ermənistan arasında ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa dialoqun bərpasına dəstəklərini ifadə edirlər”.

Həmsədr ölkələr tərəfləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlayan dialoqu, eləcə də regionda davamlı və sabit sülhün yaradılmasına kömək etmək üçün rəhbərlik səviyyəsində təmasları davam etdirməyə səsləyiblər:

 “Həmsədr ölkələr Azərbaycan və Ermənistanı təhrikedici ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü və 26 noyabr 2021-ci ildə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Federasiyası Prezidentinin bəyanatlarında təsdiq edilmiş öhdəlikləri, həmçinin atəşkəslə bağlı digər razılaşmalarını tam yerinə yetirməyə çağırır”.

Vasitəçilər Azərbaycan və Ermənistanı əməkdaşlığı davam etdirməyə çağırıblar:

“Həmsədr ölkələr həmçinin demarkasiya edilməmiş Ermənistan-Azərbaycan sərhədində son insidentləri narahatlıqla qeyd edir və sərhəd mübahisələrinin həlli üçün gücdən istifadənin və ya güc tətbiq etməklə hədələmənin qəbuledilməz olduğunu bir daha təsdiqləyirlər”..

Şübhəsiz ki, həmsədrlərin bu çağırışları müəyyən suallar doğurur:

- Niyə Qarabağın işğalda qaldığı 30 il müddətində separatçıları işağala son qoymağa çağırmırdılar? Niyə bütün bəyanatlarda işğala məruz qalan Azərbaycan və təcavüzkar Ermənistan eyni tərəzinin gözünə qoyulur? Axı Azərbaycan dialoqdan nə vaxt imtina edib ki? 

Məlum çağırışı şərh edən Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Minsk qrupunun əlacsız vəziyyətdə olduğunu söyləyib: 

“Minsk qrupu bu prosesdə öz missiyasını itirib. 30 il ərzində heç bir beynəlxalq hüquq normalarına uyğun olan missiyaları yerinə yetirə bilməyən, münaqişənin həllini dondurub beynəlxalq turizmlə məşğul olan qurumdan heç bir nəticə gözləmirəm. Azərbaycan onların üzərinə düşən bütün missiyaları həyata keçirib. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Azərbaycan ikitərəfli danışıqlar apararaq Bəyanatda qeyd edilən və Ermənistanın üzərinə düşən bütün bəndlərin icrasına nail olacaq. Regionda sülh və əməkdaşlıq formalaşdıracaq. Dünyada çoxlu münaqişə var. 

Minsk qrupu dondurucu funksiyasını yenə davam etdirmək istəyirsə, başqa məkandan keçməlidir. Beynəlxalq hüququn aliliyini qəbul etməyən qurumların fəaliyyəti heç vaxt nəticə vermir”.
Tarix: 8-12-2021, 16:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}