MEHDİYEV DAHA BİR SABİQ DEPUTATI YANINA APARDI - AMEA-da yüksək vəzifə verdi



Akademik Gövhər Baxşəliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezident vəzifəsini müvəqqəti icra edən təyin edilib. "Report" xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti qərar verib.
Eyni zamanda, İctimai Elmlər Bölməsinə rəhbərlik də akademik Gövhər Baxşəliyevaya həvalə olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyliyə də yeni vəzifə verilib. Bu barədə akademiyanın Rəyasət Heyətinin iclasında qərar verilib.
Belə ki, iclasda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub.
Beləliklə, qərara uyğun olaraq Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə həvalə olunub.
İctimai Elmlər Bölməsinə rəhbərlik isə qeyd etdiyimiz kimi akademik Gövhər Baxşəliyevaya tapşırılıb.
Tarix: 27-01-2022, 16:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}