"İndiki vaxtda Ukraynanı tərk etmək satqınlıq olardı"-Diaspor sədrindən ÖZƏL AÇIQLAMA



“Ukraynada yaşayan azərbaycanlılar Ukraynanın tərəfindədir və vuruşmağa hazırdırlar”.
Bunu Musavat.com-a özəl açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov deyib. Diaspor sədri bildirib ki, başqa ölkədən köçənlərlə yanaşı, Ukraynada doğulub-böyümüş, tamamilə inteqrasiya etmiş nəsil yetişib: “Diaspora yerli əhalinin bir hissəsi kimi baxmaq lazımdır. Turistlər, diplomatik korpusların nümayəndələri, özəl şirkət işçilərinin təxliyəsini düşünmək olar. Lakin biz Ukraynanın çətin anında qaçıb gedəcəyiksə, bu, satqınlıq olar. Biz bu prosesdə olmalıyıq. Hər zaman da belə olub. Ukraynanın ərazi bütövlüyü uğrunda azərbaycanlılar da vuruşub. Bu mənada heç bir təxliyədən söhbət gedə bilməz!”
Sədr bildirib ki, Ukraynadakı Azərbaycan diasporu Azərbaycana bağlıdır:
“Biz Azərbaycanla nəfəs alırıq, amma Ukrayna da bizim yaşadığımız ölkədir. Biz onları çətin vəziyyətdə qoyub qaçacaq qədər qorxaq millətin nümayəndələri deyilik. Ermənilər bunu edə bilər. İnanıram ki, bu, belə olacaq, amma azərbaycanlılar əsla. Ola bilər ki, müharibə başlasa, kimsə həyat yoldaşını, övladlarını göndərə bilər. Bu, normal haldır. Hətta öz vətənində müharibə olanda cəbhə bölgəsindən qadınları, uşaqları, yaşlı nəsli göndərirlər. Azərbaycanlılar Ukraynanın tərəfindədir və vuruşmağa hazırdırlar”.
Tarix: 27-01-2022, 16:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}